KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

20.11.2019 (MB kursu)

1 RUB
0.0266
1 EUR
1.8823
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Şəkidə “dəyirmi masa” keçirib

11 fevral 2013-cü il tarixində Zərdabi Mətbuat  Mərkəzi “KredAqro” Bank Olmayan Kredit Təşkilatı ilə birgə Şəki şəhərində “Azərbaycanın paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV:  mövcüd durum, peşakarlığın artırılması və təcrübə mübadiləsi” mövzusunda “dəyirmi masa” keçirib. “KredAqro” BOKT-nin  Şəki filialında düzənlənən tədbirdə yerli bank-kredit təşkilatlarının, bölgə qəzetlərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa”nı Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, qurum “KredAqro” BOKT ilə birgə ötən ilin aprelindən mövcud istiqamətdə fəaliyyət göstərir. Zərdabi MM-in sədri növbəti mərhələnin əvvəlkindən əsas fərqinin tədbirlərin bölgələri də əhatə etməsi ilə bağlı olduğunu deyib. O ümidvar olduğunu bildirib ki, paytaxtda başlanan proses bölgə KİV-lərindən də yan keçməyəcək. Şəkidən sonra daha üç regionda belə tədbir təşkil olunacaq. İstəyirik ki, yerli media da mövzuya daha aktiv, obyektiv və peşakarlıqla yanaşsın.

R.Hüseynzadə ilk “dəyirmi masa” üçün Şəkinin seçilməsinə aydınlıq gətirib. O bildirib ki, Şəki Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş regionlarındandır. Burada bank-kredit təşkilatlarının geniş şəbəkəsi fəaliyyət göstərir, bölgə qəzetlərinin sayına görə də öndədir.

Sonra “KredAqro” BOKT-nin nümayəndəsi Zaur Əliyev çıxış edərək deyib ki, layihə bütövlükdə 2013-cü ili əhatə edir. İstiqamətləri sırasına ölkənin 32 aparıcı KİV-nin, o cümlədən, 25 qəzetin və 7 informasiya agentliyinin monitorinqlərinin aparılması daxildir. Təqdim olunan yazılarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə əməl olunması da nəzərdən keçirilir. Z.Əliyev layihənin eksperti kimi yanvar ayının nəticələrini açıqlayıb.

“KredAqro”nun Şəki filialının rəhbəri Tural Əhmədov çıxışında deyib ki, layihə regionda ilk dəfədir bank-kredit sektoru ilə media təmsilçilərini bir araya gətirir. Bundan hər iki tərəf qazanacaq. Ona görə çalışmalıyıq ki, əməkdaşlığımız davamlı olsun: yenə tədbirlərə yığışaq, tərəfləri maraqlandıran mövzular ətrafında diskussiyalar aparaq.

“Şəki” qəzetinin baş redaktoru Akif Salam da bu fikrə dəstək verərək oxucuların sahəyə dair bilgilərinin artırılması sahəsində belə tədbirlərin rolunu təhlil edib. İnsanları banklara, bankları insanlara daha yaxşı tanıtmaq, yaxınlaşdırmaq baxımından əhəmiyyət daşıdığına toxunub. “Belə yaxınlaşma bölgələrdə əsasən reklamlarla məhdudlaşan əlaqələri yeni çalarlarla zənginləşdirərəcək”. “Dəyirmi masa”da “Kapital Bank”, “Bank Respublika”, “Rabitə Bank”, “Dəmir Bank”ın yerli filiallarının rəhbərləri, “Region Şəki”, “Şəki bələdiyyəsi”, “Şəki təhsili” qəzetlərinin, “Kanal-S” regional televiziyasının təmsilçiləri layihənin aktuallığını dəyərləndirərək mövzu ətrafında diskussiyalar aparıblar.