KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

20.11.2019 (MB kursu)

1 RUB
0.0266
1 EUR
1.8823
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

“KredAqro” Bank Olmayan Kredit Təşkilatının Şəkidə xeyiriyyə aksiyası

Fevralın 11-də Şəkidə “KredAqro” Bank Olmayan Kredit Təşkilatının təmsilçiləri Şəhər Qarışıq Tipli Uşaq Evinə baş çəkiblər. Onlar tərbiyə müəssisəsinə zəruri məişət avadanlığı və qida məhsulları təqdim ediblər. “KredAqro”nun nümayəndəsi Zaur Əliyev xeyiriyyə tədbiri iştirakçılarını salamlayaraq mənsub olduğu qurum tərəfindən belə aksiyaların vaxtaşırı keçirildiyini deyib. O, burada valideyn himayəsindən məhrum uşaqlara göstərilən qayğını yüksək dəyərləndirərək kollektivə çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Sonra Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun əməkdaşı Elena Frank çıxış edib. O bildirib ki, mənsub olduğu qurum “KredAqro” BOKT-nin layihə tərəfdaşıdır və qarşı tərəf üçün təlim mərkəzinin formalaşdırılmasına kömək göstərir. Bu qurum da tərəfdaşının xeyirxah təşəbbüsünü dəstəkləyərək uşaq evinə öz töhfələrini – mebel avadanlığını gətirib.

Uşaq evinin direktoru Xuraman Qafarova qonaqlara belə diqqət və qayğıya görə minnətdarlığını bildirib. O vurğulayıb ki, uşaq qəlbi kövrəkdir. Məhz belə nümunələr onları insanlara, həyata bağlayır. Xuraman xanım tədbirin təşəbbüskarı olan “KredAqro” Bank Olmayan Kredit Təşkilatının əməyini xüsusi qeyd edib. “ABŞ-nın ACDİ/VOCA təşkilatı tərəfindən təsis edilən “KredAqro” BOKT QSC-nin kollektivi bu tədbirin gerçəkləşməsinə xüsusi həssaslıqla yanaşaraq uşaq evinə öz köməkliklərini əsirgəməmişdir. Bununla da digər təşkilatlara örnək olası vətəndaş mövqelərini nümayiş etdirmişdir.” Uşaq evinin direktoru Xuraman Qafarova bu dəstəyə görə  “KredAqro” BOKT QSC-nin İdarə Heyətinin sədri cənab Məcid Əsədova rəhbərlik etdiyi kollektivin bütün heyəti adından dərin təşəkkürünü bildirib.

Xeyiriyyə tədbirində həmçinin Zərdabi Mətbuat Mərkəzinin sədri R. Hüseynzadə və “Kanal-S” regional televiziyasının təmsilçiləri iştirak etmişdilər.