KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

20.11.2019 (MB kursu)

1 RUB
0.0266
1 EUR
1.8823
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

“KredAqro” “Məzun-2013” əmək yarmarkasında iştirak etdi

17 may 2013-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi VIII “Məzun-2013” ümumrespublika yarmarkası keçirilmişdir. Yarmarkada yüzdən çox dövlət qurumları, yerli və xarici şirkətlər 800-dən artıq vakansiya ilə iştirak etmişdilər.

“KredAqro” BOKT QSC də bu yarmarkada iştirak etmişdir. Təşkilata ayrılmış otaqda “KredAqro”-nun fəaliyyətini əks etdirən və reklam xarakteri daşıyan materiallar – bukletlər, qovluqlar, loqolu qələmlər, kağız çantalar, təqvimlər - geniş şəkildə təqdim olunmuşdur.

Təşkilatın stendi ziyarəyçilər (tələbələr, magistrlar və məzunlar) arasında geniş maraq doğurmuşdur və gün ərzində 200 (iki yüzdən) artıq işlə bağlı müraciət qəbul edilmişdir.

Ziyarətçilər arasında ali məktəbin rəhbərləri və millət vəkilləri də var idi.