KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

18.09.2019 (MB kursu)

1 RUB
0.0266
1 EUR
1.8722
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

“KredAqro” “Odlar Yurdu” Universitetində karyera günü və iş yarmarkasında iştirak etdi

10 aprel 2014-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Odlar Yurdu” Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilmişdir.  Tədbirdə 13-ü dövlət, 70-i özəl sektor, 4-ü xarici şirkət olmaqla 87 müəssisə tərəfindən 942 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. İri şirkətlərdən “Ata Holdinq” ASC, “Azərcell Telekom” MMC, “Bakcell LTD” MMC, “European Tobacco–Baku” ASC, “Nurgün Qrup” MMM, “Parabank” ASC, “FINCA” BOKT, “Holcim” Qaradağ Sement ASC, “Norm” Şirkəti, “Avanqard” MMC, “RabitəBank” ASC və digər iri müəssisələr də vakant iş yerləri ilə tədbirdə iştirak ediblər. Tədbirdə müvəqqəti xarakterli işlərlə təmin olunmaq üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov və universitetin rəhbərliyi tədbirin açılışında iştirak edərək, tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
“KredAqro” BOKT QSC də bu yarmarkada iştirak etmişdir. Təşkilatı tədbirdə İnsan resursları üzrə mütəxəssis Visali Şəfəq və Təlim üzrə mütəxəssis Əliyev Zaur təmsil etmişdilər. Təşkilata ayrılmış stenddə “KredAqro”-nun fəaliyyətini əks etdirən və reklam xarakteri daşıyan materiallar – bukletlər, qovluqlar, loqolu qələmlər, ətirli loqolar, kağız çantalar, bloknotlar, flayerlər - geniş şəkildə təqdim olunmuşdur.

Tədbir zamanı işlə bağlı 36 (otuz altı) nəfərin müraciəti qəbul olunmuşdur. Müraciət edənlərin 17 nəfərini kişi, 19 nəfərini qadınlar təşkil edib. Təşkilatımız tərəfindən əsasən kredit mütəxəssisi, əməliyyatçı və ofis köməkçisi vakansiyaları təqdim olunmuşdur. Müraciət edənlərin əsas hissəsini məzunlar təşkil etdiyindən, daha çox iş təcrübəsi tələb olunmayan vakansiyalar barədə məlumat istənilirdi. 21 nəfər əməliyyatçı, 15 nəfər isə kredit mütəxəssisi vakansiyaları üçün müraciət qəbul olunmuşdur.

«Odlar Yurdu» Universitetində keçirilən tədbirin gedişində işaxtaranların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilib.