Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

18.11.2017 (MB kursu)

1 USD
1.7002
1 EUR
2.007
1 RUB
0.0285
Money_icon

Təşkilat xəbərləri

“KredAqro” BOKT Bakı Biznes Universitetində “Məzun günü” münasibətilə əmək yarmarkasında iştirak etdi

29 may 2015-ci il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə məzun günü keçirilmişdir. “Məzun – 2015” buraxılış günü proqramı çərçivəsində Universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək məqsədilə, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılması istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Universitetin məzunlarının əmək bazarına inteqrasiyasına xidmət edən bu tədbirdə 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə tərəfindən 330 boş (vakant) iş yeri məzunların ixtiyarına təqdim edilmişdir. Həmin boş iş yerlərindən 298-i özəl sektora aid müəssisələrdir. Aktiv məşğulluq tədbirində Universiteti bitirərərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqə yaradılmışdır. Iş yeri seçimi aparmaq üçün yazılı məlumat təqdim edən məzunlar həmçinin mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə də tutarlı məlumatlar əldə etmişlər.
Tətbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov iştirak etmişdir.
“KredAqro” BOKT QSC hər zaman kimi bu yarmarkada fəal iştirak etmişdir. Bu tədbirdə təşkilati İnsan resursları üzrə mütəxəssis Famil Manafov təmsil etmişdir. Təşkilata ayrılmış stenddə “KredAqro”-nun fəaliyyətini əks etdirən və reklam xarakteri daşıyan materiallar – bukletlər, loqolu qələmlər, ətirli loqolar, flayerlər - geniş şəkildə təqdim olunmuşdur.
Tədbir zamanı işlə bağlı 40 (qırx) nəfərin yazılı müraciəti qəbul olunmuşdur, 20 (iyirmi) nəfər isə müraciət üçün təşkilatın elektron poçt ünvanını götürmüşdür. Əsasən kredit mütəxəssisi, əməliyyatçı və risklərin idarə edilməsi üzrə mütəxəssis, habelə, hüquq məsləhətçisi vakansiyasları üzrə müraciətlər qəbul olunmuşdur.