Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

25.09.2017 (MB kursu)

1 USD
1.7008
1 EUR
2.0296
1 RUB
0.0295
Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi və KredAqro BOKT Masallıda görüş keçirib

01.10.2015-ci il tarixində Masallı filialında “Zərdabi” Mətbuat mərkəzi ilə birlikdə “Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr” tədbir keçirildi. "KredAqro" BOKT-nin yerli filialında düzənlənən tədbirdə Cənub zonasının KİV-lərin, bank-kredit sektorunun təmsilçiləri və debitorlar iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə Masallı rayon icra hakimiyyətinin baş məsləhətçisi Həmid Süleymanov açıb. O, toplantının əvvəlki tədbirlər kimi hər üç cinah arasında əlaqələrin genişlənməsinə təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib. Sonra Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə çərçivəsində son dörd ildə görülən işlər barədə məruzə edib. R.Hüseynzadə qarşılıqlı əməkdaşlığın ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri ilə yanaşı regional KİV-lərdə də mövzunun daha aktiv və peşəkarlıqla işıqlandırılmasına təsirsiz ötüşmədiyini deyib. Sonra isə 31 KİV-də aparılan və 2015-ci ilin 7 ayını əhatə edən monitorinqin nəticələrini açıqlayıb. Məruzəçi həmin müddətdə ötən ilin müvafiq dövrünə nisbətdə sahəyə aid 315 çox material qeydə alındığını vurğulayaraq informasiyalarla yanaşı maarifləndici yazıların artımını müsbət hal kimi dəyərləndirib.. Tədbirin zamanı “Zərdabi” Mətbuat mərkəzi tərəfindən qeyd olunan mətbuat nümayəndələrinə xüsusi diplomlarla təqdim olunmuşdur. “KredAqro” adından isə Masallı, Lənkaran və Cəlilabad şəhərlərinin ən fəal debitorları fəxri fərman və hədiyyələr ilə təltif olunmuşdular.