Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

21.07.2017 (MB kursu)

1 USD
1.7012
1 EUR
1.9783
1 RUB
0.0289
Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi və «Kred Aqro» BOKT 3-cü «dəyirmi masa»nı Mingəçevirdə keçirib

19.11.2015-ci il tarixində Zərdabi Mətbuat Mərkəzi və «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatının «Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr» mövzusunda  üçüncü - sonuncu regional «dəyirmi masa»sı Mingəçevirdə keçirilib. «Kred Aqro» BOKT-nin yerli filialında baş tutan tədbirdə Yevlax, Ağdaş rayonlarında fəaliyyət göstərən kütləvi informasiya vaistələrinin, bank-kredit sektorunun  təmsilçiləri, debitorlar iştirak ediblər. Mingəçevir Şəhər İcra  Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərov tədbirin hər üç sektorun arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə təsiri imkanlarından danışıb.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məruzəsində bu iki qurum arasında son 4 ili əhatə edən layihələr barədə müfəssəl məlumat verib: «Bu, ölkədə jurnalist təşkilatı ilə bank - kredit sektoru arasında uzun müddətli səmərəli əməkdaşlığın mümkünlüyünü sübut edən əyani nümunədir» - deyən məruzəçi ilk ildə layihəyə paytaxt, daha sonra regional KİV-lərin, debitorların cəlb olduqlarını bildirib. İndiyədək 9 regional tədbirin  düzənləndiyini vurğulayan R.Hüseynzadə Sumqayıt və Masallıda olduğu kimi  Mingəçevirdə də «Kred Aqro» BOKT-nin 15 illik yubileyi şərəfinə media təmsilçilərinin və debitorların mükafatlandırılacağını vurğulayıb.
Media təmsilçiləri adından baş redaktorlar Mirsədi Daşdəmirov («Mingəçevir»), Fərman Nəbiyev («Mingəçevir işıqları») və  («Kür») qəzetinin əməkdaşı Ramiz Həmidov çıxış ediblər. Onlar qarşılıqlı  əməkdaşlığın təkmilləşdirilməsi üçün bir sıra  təkliflər irəli sürüblər.  
Tədbir zamanı Kred Aqro BOKT tərəfindən fəal debitorlara diplomlar və qiymətli hədiyyələr təqdim olundu.
«Mingəçevir», «Mingəçevir işıqları», Yevlaxın «Kür» qəzetləri və «İqtisadiyyat və həyat» jurnalı  isə Zərdabi Mətbuat Mərkəzinin diplomlarına layiq görülüb.