Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

21.07.2017 (MB kursu)

1 USD
1.7012
1 EUR
1.9783
1 RUB
0.0289
Money_icon

Təşkilat xəbərləri

KredAqro ilə Zərdabi Mətbuat Mərkəzinin 2015-ci il üzrə yekun görüşü keçirildi

23.12.2015-ci il tarixində Zərdabi Mətbuat Mərkəzi və «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatının  2015-ci ili əhatə edən «Bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələrinin  aptırılmasında stimullaşdırıcı tədbirlərin rolu və onun həyata keçirilməsi yolları» layihəsinə yekun vurulub. Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbir ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, bank-kredit sektorunun təmsilçilərini, media və iqtisadiyyat sahəsində tanınmış mütəxəssisləri, ictimaiyyət nümayəndələrini bir araya gətirib.
Öncə Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin «Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini  gözləyən vəzifələr» mövzusunda məruzəsi və ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 31 KİV-də aparılan monitorinqin nəticələri müzakirə predmeti olub. Sonda ən yaxşı debitorlara, sahəni ilboyu daha fəal və peşakarlıqla  işıqlandıran media orqanlarına, bir qrup jurnalistə mükafatlar təqdim edilib.
Əlavə olaraq R.Hüseynzadə  «Kred Aqro» BOKT-nin Müşahidə Şurasının sədri Douqlas L.Leavensi və İdarə Heyətinin sədri Məcid Əsədovu xüsusi diplomlarla tərtib etdi. Mükafatları təşkilatın təmsilçisi, kredit departamentinin rəhbəri Zaur Ömərova təqdim edib.
Z.Ömərov təşəkkürünü bildirərək tədbir  iştirakçılarına «Kred Aqro» BOKT-nin missiyası və 15 ildə keçdiyi yol barədə məlumat verib.     
O, 15 il əvvəl ABŞ-ın ACDİ/VOCA, təşkilatı tərəfindən yaradılan qurumun 36 rayonu əhatə edən 24 filialı vasitəsilə Azərbaycan regionlarının və ucqar kəndlərinin kredit mənbələrindən uzaq sahibkarlarına bu məqsədlə göstərdiyi xidmətlərdən danışıb. Departament rəhbəri kreditlərin 40 faizinin sırf kənd təsərrüfatının inkişafına yönəldiyini, devalvasiyadan sonra kreditlərin bütövlikdə manatla verildiyini, 2016-cı ildə eyni prinsipin davam etdiriləcəyini söyləyib. «Kred Aqro»nun öz missiyasının öhdəsindən inamla gəlməsində, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılmasında media ilə sıx əlaqələrin mühüm rol oynadığını deyən  Zaur Ömərov Zərdabi Mətbuat Mərkəzi  ilə əməkdaşlıqdan məmnun qaldığını, 2016-cı ildə bunun davam etdiriləcəyini  söyləyib.