Kredit kalkulyatoru

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

Valyuta məzənnəsi

20.11.2017 (MB kursu)

1 USD
1.7002
1 EUR
2.007
1 RUB
0.0285
Money_icon

Məsuliyyətli kreditləşmə siyasəti

1. Ümumi müddəalar

1.1 “KredAqro” BOKT-nın Məsuliyyətli Kreditləşmə Siyasəti (bundan sonra Siyasət) Təşkilatda  məsuliyyətli  kreditləşmənin ümumi prinsip,  məqsəd və prosedurlarını müəyyən edir. 
1.2 Bu Siyasətin məqsədi Kredaqro BOKT-də istehlak kreditləşməsi zamanı müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması,  həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir ki, bu da eyni zamanda, təşkilatın maliyyə sabitliyinin qorunub saxlanmasına, konsentrasiya risklərinin azaldımasına, habelə  ona olan ictimai etimadın yüksəldilməsinə təkan verəcəkdir. 

2. Maraqların münaqişəsinin qarşısının alınması

2.1. “KredAqro”nun işçiləri təşkilatdan, “ Krediti məhsulları və onların Kriteriyaları” da təsvir olunmuş şərtlərlə yalnız işçilər üçün nəzərdə tutulmuş istehlak krediti ala bilərlər.
2.2. Kredit müraciəti “KredAqro” əməkdaşının qohumu, dostu və ya yaxın əlaqəsi olan şəxs tərəfindən edildikdə , həm müraciətçi, həm də işçi Kredit Komitəsinə öz əlaqələri barədə aydın və yazılı formada  məlumat yazmalıdırlar. Həmin  məlumatın verilməsi “KredAqro” əməkdaşının qohumu, dostu və ya yaxın əlaqəsi olan zaminə və ya girovqoyana da aiddir. Müsbət rəy olduğu təqdirdə FKK belə kredit müraciətlərini müzakirə üçün MKK-ya göndərməlidir.
2.3. Məqsəd , bu əlaqənin müraciətə təsir edəcəyi vəziyyətlərdən və ya kreditlərin ədalətsiz təsdiqi və müzakirəsindən çəkinməkdir. Şübhə yaratmamaq məqsədilə əməkdaşlar konservativ yanaşmalı və əlaqəni bəyan etməlidirlər.
2.4. Əlaqəni bildirdikdən sonra, əlaqəli əməkdaş kredit müraciətinin sənədləşdirilməsi,FKK-ya  təklifi  ,müzakirəsi və  təsdiqi proseslərində  iştirak etməməlidirlər.

3. Borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi mexanizmi
3.1 Hər bir istehlak  krediti üzrə  müraciəti ilə bağlı kredit verilməmişdən əvvəl ilk növbədə borcalanın ödəmə qabiliyyəti müəyyən olunur.
3.2 Ödəmə qabiliyyətinin müəyyən edilməsi borcalan barədə məlumatların toplanması və qiymətləndirməsi vasitəsilə həyata keçirilir. Məlumatın toplanması və qiymətləndirilməsi borcalan barədə həm maliyyə vəziyyəti ilə, həm də maliyyə vəziyyəti ilə əlaqədar olmayan amillərinin ayrı-ayrılıqda və kompleks halda təhlilini nəzərdə tutur.
3.3 Borcalanın maliyyə vəziyyəti ilə bağlı amillərinə aiddir:
3.3.1 gəlirin məbləği və mənbəyi – borcalanın müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, xərclər çıxıldıqdan sonra qalan gəlirləri təsdiq edən vergi bəyannaməsi, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən verilən pensiya və müavinətlərin ödənilməsi haqqında arayışı və sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş aylıq gəlirləri, həmçinin Bankda mövcud depozit hesabları üzrə faiz gəlirləri;
3.3.2 öhdəlik və xərcləri – borcalanın MKR məlumatlarına əsasən ümumi və aylıq borc yükü məbləği;
3.3.3 kreditin əldə edilməsi ehtiyacı və məqsədi;
3.3.4 gələcəkdə borcalanın maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklərin mövcud olub olmaması
3.4 Borcalanın maliyyə vəziyyəti ilə əlaqədar olmayan amillərə aiddir:
3.4.1 borcalanın şəxsi keyfiyyətləri – dürüstlük, etibarlılıq, məsuliyyətli yanaşma və s. göstəricilər;
3.4.2 kredit tarixçəsi – MKR məlumatına əsasən əvvəllər bu və ya digər kredit təşkilatlarından əldə edilmiş kredit öhdəliklərin vaxtı-vaxtında icra edilməsinin yoxlanılması və bununla mövcud öhdəliklərinin olub-olmamasını müəyyən etməklə ümumi kredit yüklülüyünün qiymətləndirilməsi;
3.4.3 ailə vəziyyəti və öhdəliyində olan şəxslər və s.

Müştəri tərəfindən təqdim edilən məlumatlar natamam, yaxud qeyri-düzgün olduqları səbəbindən ödəmə qabiliyyəti və təyinata uyğunluğu müəyyən edə bilmədikdə təşkilat müştərini məlumatlandırmaqla istehlak kredit məhsulunu təqdim etmir.
     Ödəmə qabiiyyəti qiymətləndirilərkən BYG(aylıq borc yükünün gəlirə nisbəti) əmsalından istifadə olunur və bu əmsal 50%-dən aşağı olduqda istehlak kreditinin verilməsi məqbul hesab edilir.

BYG əmsalı aşağıdakı düsturla hesablanır:

BYG=Aylıq borc yükü +veriləcək kredit üzrə aylıq ödəmə  *100%
                               Müştərinin gəlirləri

 

4. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi
4.1 Təşkilat toplanmış məlumatlar əsasnda kreditin təyina uyğunluğunu qiymətləndirir. Kredit mütəxəssisi kreditin rəsmiləşdirilməsindən əvvəl borcalandan əldə etmək istədiyi kreditin məqsədi, təyinatı, məbləği, müddəti və ona daha uyğun olan kreditin geri ödənilməsi forması barədə məlumat alır. 
4.2 Aparılan qiymətləndirmə nətəcəsində kreditin təyinata uyğunsuzluğu aşkar olunarsa, müştəriyə bu barədə məlumat verilir,uyğunsuzluğu yaradan amillər, krediti götürməklə yarana biləcək mümkün risklər borcalana izah olunur və uyğunsuzluğun aradan qaldırılması üçün mümkün şəraitlər olduğu halda müvafiq istiqamət verilir.

5. Qiymətləndirmənin nəticəsinin borcalana açıqlanması

5.1 Qiymətləndirmənin nəticəsindən asılı olaraq kreditin verilməsinə dair müraciət ilə bağlı müsbət və ya mənfi qərar verilə bilər.
5.2 Kredit mürəciəti ilə bağlı müsbət qərar verildikdə borcalan aşağıdakı məlumatlar verilir:
5.2.1 Kredit müqaviləsi ilə müəyyən olunan hüquq və vəzifələr;
5.2.2 Kredit üzrə faiz və komission haqqlar;
5.2.3 Kredit öhdəliyinin vaxtında icra olunmasının üstünlükləri və vaxtında icra olunmayan öhdəliklərə görə nəzərdə tutulan sanksiyalar;
5.2.4 Kreditin vaxtından əvvəl qaytarılması şərtləri və üstünlükləri;
5.3 Kredit müraciətinə mənfi qərar verildiyi təqdirdə kredit müraciətinə imtina qərarı müraciətçiyə peşəkarcasına, nəzakətli şəkildə və mümkün qədər imtinanın səbəbləri izah olunaraq çatdırılmalıdır. “KredAqro”nun siyasət və prosedurlarına uyğun olaraq qəbul edilmiş qərarın əsasında izahat olmalıdır.
5.3.1 İmtina qərarı, hal-hazırda müraciətçi və “KredAqro”nun maraqlarında olmadığı və hər ikisi üçün maliyyə çətinliyinin yaranma riskinin artması kimi səciyyəvi, yetərli və etibarlı səbəblərə əsaslanmalıdır.
5.3.2. İmtina qərarı çıxan gün, qərar kredit mütəxəssisi tərəfindən müraciətçiyə çatdırılmalıdır
5.3.4 Kredit rəsmiləşdirilməsi üçün müraciət etmiş şəxslərə kredit verilməsindən imtina edildikdə, müştəririnin yazılı müraciəti əsasında  imtinanın səbəbini göstərməklə kağız  və ya  elektron daşıyıcılarda cavablandırlır. 

6. Qeyri-məqbul halların qarşısının alınması

6.1 Müştərilər  istənilən sual, təklif və şikayəti aşağıdakı vasitələrlə edə bilərlər

Şifahi müraciət –

  1. kredit təşkilatına birbaşa yaxınlaşmaqla (iş günləri saat 9:00-dan 18:00-dək);
  2. telefon – Avtomatik Virtual Rabitə vasitəsilə  Təşkilatın  +99412 4412134 nömrəsindən qoşulmaqla və ya həmin telefon nömrəsindən Müraciətlərə Baxılma üzrə Bölməyə “4” düyməsini secərək ya da daxili nömrələrini (1600 və 1601) yığmaqla müraciət; 

Yazılı müracət –

  1. yazılı müraciəti birbaşa kredit təşkilatına təqdim etməklə
  2. Təşkilatın poçt ünvanına (Bakı şəhəri, Nizami  küçəsi, 1) göndərməklə
  3. faks vasitəsilə (+99412 44121 34)
  4. elektron poçt ünvanına (muraciet@kredaqro.com) göndərməklə
  5. www.kredaqro.com internet səhifəsində onlayn müraciət formasını doldurub bizə göndərməklə.