Kredit Mütəxəssisi – Təcrübə proqramı

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Sumqayıt, Cəlilabad, Quba, İsmayıllı, Tovuz, Bərdə, Ağdaş filialları üçün Kredit sahəsi üzrə Təcrübə Proqramı elan edir.

Proqram kredit və bank sahəsinə marağı olan ali təhsilli gənclərə təcrübə qazanmaq və gələcək karyerasını KredAqro BOKT-da qurmaq imkanını yaradır. Ali təhsilini yenicə başa vurmuş, bu sahədə potensialı olub iş axtarışında olan gənclər müraciət edə bilərlər.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • Kredit sahəsində praktiki və nəzəri biliklərə yiyələnmə şansı;
  • Təşkil olunan Təlimlərdə iştirak;
  • Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması.

 

Maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində “Təcrübə Proqramı” qeyd etməklə göndərmələri xahiş olunur.

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.