02.10.2009-02.11.2009

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: Tenderdə iştirak etmək üçün yazılı müraciət; Azərbaycan Respublikasında vergi ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İşləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.(İndiyə qədər görülən işlərin siyahısı, il ərzində aparılan tikinti işlərinin həcmi və.s) Tender iştirakçılarına təklif edilir ki, öz tender sənədlərini möhürlənmiş, imzalanmış şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 11 sentyabr 2009-cu il saat 15:00-a qədər KredAqro BOKT-un baş ofisi Bakı şəhəri, Həsən Əliyev küç, 63 ünvanına təqdim etməlidirlər. Zərflərdə İmayıllı filialında təmir işləri sözü qeyd olunmaıdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların sənədləri 14 sentyabr 2009-cu il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Tender proseduru ilə maraqlananlar məlumat üçün müvafiq nömrəli telefonlarla müraciət edə bilərlər. Tel: (+994 12) 564 27 90/91 Əlaqəli şəxs: Ruslan Fətullayev İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər

03.10.2009-03.11.2009

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı İsmayıllı filialında təmir işlərinin aparılması ilə əlaqədar TENDERİN NƏTİCƏLƏRİNİ ELAN EDİR. İsmayıllı filialında təmir işlərinin aparılması ilə əlaqədar elan olunmuş 5 sentyabr 2009-cu il tarixli Tenderin qalibi “Perlit” MMC şirkəti olmuşdur. Tenderdə iştirak edən bütün şirkətlərə öz minnətdarlığımızı bildiririk.

03.09.2010-13.09.2010

“KredAqro” BOKT Quba filialı inzibati binasında təmir işləri ilə əlaqədar Açıq Tender elan edir

04.09.2010-14.09.2010

Tenderin nəticələri

 

“KredAqro” Quba filialı inzibati binasında 
təmir işlərinin aparılması ilə əlaqədar 
TENDERİN NƏTİCƏLƏRİNİ ELAN EDİR.


Quba filialında təmir işlərinin aparılması ilə əlaqədar elan olunmuş 4 sentyabr 2010-cu il tarixli Tenderin qalibi “Perlit” MMC şirkəti olmuşdur.

Tenderdə iştirak edən bütün şirkətlərə öz minnətdarlığımızı bildiririk.