Əmək yarmarkası.
“KredAqro” BOKT MMC-nin “Qazax” filialının əməkdaşları 14 oktyabr 2022-ci il tarixində ƏƏSMN tabeliyində olan Qazax-Tovuz Regional Məşğulluq Mərkəzinin təşkil etdiyi yarmarkada işaxtaranların müvafiq filiallar üzrə mövcud vakant iş yerləri barəsində ətraflı məlumat almasına, habelə zəruri ixtisas və təcrübəyə malik kadrlarla əməkdaşlıq etmək üçün fəal iştirak etmişdir.
Yeni məkanımız.
“KredAqro” BOKT MMC-nin Baş Ofisi Oktyabr ayından etibarən artıq yeni ünvanda fəaliyyət göstərməkdədir. Təşkilatın yeni ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi -1, 6 B ünvanında yerləşən Badamar Plaza Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşir.
Anım günü.
“KredAqro” BOKT ailəsi olaraq, vətən uğrunda canlarını sipər edərək həlak olmuş şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı diləklərimizi yetirir, yaralıların tezliklə şəfa tapacağına ümid edirik.
Təşkilat olaraq ailəsində şəhid olan müştərilərə dəstək məqsədi ilə mövcud borcların tam və ya qismən bağışlanması, o cümlədən, digər əhəmiyyətli güzəştlər tətbiq olunmaqdadır.
Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ailələrinə səbir versin.
Müştərilərimizin hər növ kredit ehtiyacları.
“KredAqro” BOKT MMC olaraq 2022-ci ilin avqust ayı ərzində Dəyərli Müştərilərimizin hər növ kredit ehtiyaclarını qarşılamaq üçün Məhsulların satış şərtlərini daha əlçatan etdiyimizi bildirməkdən məmnunluq duyuruq.
TEZKREDİT.
Artıq yeni TEZKREDİT məhsulumuz üzrə biznes gəlirləri müəyyən edilməklə rəsmi iş yeri olmadan da kredit təkliflərinə baxıla bilər. Operativlik və müştəri məmnuniyyətini öndə tutaraq müştərilər TEZKREDİT-i indi cəmi 1 saat ərzində əldə edə bilərlər.
Lombard kreditləri.
Lombard kreditlərində ödənişlər cəmi 26 AZN dən başlamaqla qızıl dəyərinin 2 misli qədərində veriləcək. “KredAqro” BOKT olaraq əsas üstünlüyümüz ödəniş məbləğinin müştərinin istəyi ilə seçilməsidir..
Biznes kreditləri.
Biznes kreditlərində müştəri məmnuniyyəti öndə tutularaq təkrar müştərilərdə faizlərə 6%-dək endirim tətbiq edilib. Kreditin rəsmiləşdirilməsi artıq cəmi 1 gün ərzində tamamlanır.
Kredit məhsulları.
Kredit Məhsullarının daha əlçatan olması üçün “Qazax” filialımızın fəaliyyəti genişləndirilərək daha çox çeşid kredit məhsulları təqdim etməklə istifadəyə verilib.
Müştərilər artıq “Gəncə” filialımıza yaxınlaşaraq ən münasib şərtlərlə Lombard kreditlərini əldə edə bilərlər.
Daha əlçatan.
Təklif etdiyimiz Kredit Məhsullarının daha əlçatan olması üçün yaxın zamanlarda “Masallı” filialımız genişlənərək daha çox çeşiddə məhsullarla yenidən müştərilərin xidmətində olacaqdır.