İstiqraz

12.10.2023

“Kredaqro” BOKT-

14%-lə 2 milyonluq istiqraz buraxır

“Kredaqro Bank Omayan Kredit Təşkilatı” MMC hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
Marja.az xəbər Baza Emissiya Prospektinə istinadən xəbər verir ki, istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
İstiqrazılar üzrə illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 90 gündən biridir. Tədavül müddəti isə 24 aydır.
“Kredaqro BOKT” MMC-nin nizamnamə kapitalı 100% payla “Aqromostfinans” MMC-yə (Rusiya Federasiyası) məxsusdur. 
Buraxılışın anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiyası aşağıda qeyd olunan buraxılışlarla həyata keçiriləcək:
1-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
2-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
3-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
4-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%
“KredAqro BOKT” MMC, 2000-ci ildə ABŞ–ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası, ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. “KredAqro” bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi “KredAqro”nun təsisçisi olan ACDI/VOCA –ya “KredAqro”nun tam mülkiyyət hüququnu vermişdir.  Təşkilat   daşınar və daşınmaz əmlak təminatlı kreditlər verir. “KredAqro”nun Sumqayıtda, Qubada, Ağdaşda, Bərdədə, Gəncədə, Tovuzda, Qazaxda, Cəlilabadda, Masallıda, İsmayillıda və Zaqatalada 11 filialdan ibarət şəbəkəsi vardır. Hazırda “KREDAQRO” BOKT MMC-nin tək təsisçisi “Aqromostfinans” MMC-dir (Rusiya Federasiyası).
24.08.2022

“Kredaqro” BOKT-un istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub

24 avqust 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

“Kredaqro” BOKT faizli borc cəlb edir

03.12.2022
3 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
28 dekabr 2022-ci il tarixində BOKT “Kredaqro” MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan istiqrazları yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. 
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı”  bölməsindən əldə edə bilərsiniz.
 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
İstiqrazların növü və forması
İstiqrazların sayı
Nominal Dəyəri
Ticarətə buraxlma tarixi
İllik faiz dərəcəsi
Tədavül müddəti
Kupon faizlərinin ödəniş müddəti
AZ2003009167
Faizli təmin edilmiş sənədsiz adlı
5,000
(ədəd)
100 manat
28.12.2022
11%
18 ay
İldə 4 dəfə