“KredAqro” BOKT MMC-nin Baş Ofisi Oktyabr ayından etibarən artıq yeni ünvanda fəaliyyət göstərməkdədir. Təşkilatın yeni ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi -1, 6 B ünvanında yerləşən Badamar Plaza Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşir.
“KredAqro” BOKT ailəsi olaraq, vətən uğrunda canlarını sipər edərək həlak olmuş şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı diləklərimizi yetirir, yaralıların tezliklə şəfa tapacağına ümid edirik. Təşkilat olaraq ailəsində şəhid olan müştərilərə dəstək məqsədi ilə mövcud borcların tam və ya qismən bağışlanması, o cümlədən, digər əhəmiyyətli güzəştlər…
“KredAqro” BOKT MMC olaraq 2022-ci ilin avqust ayı ərzində Dəyərli Müştərilərimizin hər növ kredit ehtiyaclarını qarşılamaq üçün Məhsulların satış şərtlərini daha əlçatan etdiyimizi bildirməkdən məmnunluq duyuruq.
Artıq yeni TEZKREDİT məhsulumuz üzrə biznes gəlirləri müəyyən edilməklə rəsmi iş yeri olmadan da kredit təkliflərinə baxıla bilər. Operativlik və müştəri məmnuniyyətini öndə tutaraq müştərilər TEZKREDİT-i indi cəmi 1 saat ərzində əldə edə bilərlər.
Lombard kreditlərində ödənişlər cəmi 26 AZN dən başlamaqla qızıl dəyərinin 2 misli qədərində veriləcək. “KredAqro” BOKT olaraq əsas üstünlüyümüz ödəniş məbləğinin müştərinin istəyi ilə seçilməsidir..
Biznes kreditlərində müştəri məmnuniyyəti öndə tutularaq təkrar müştərilərdə faizlərə 6%-dək endirim tətbiq edilib. Kreditin rəsmiləşdirilməsi artıq cəmi 1 gün ərzində tamamlanır
Kredit Məhsullarının daha əlçatan olması üçün “Qazax” filialımızın fəaliyyəti genişləndirilərək daha çox çeşid kredit məhsulları təqdim etməklə istifadəyə verilib. Müştərilər artıq “Gəncə” filialımıza yaxınlaşaraq ən münasib şərtlərlə Lombard kreditlərini əldə edə bilərlər.
Təklif etdiyimiz Kredit Məhsullarının daha əlçatan olması üçün yaxın zamanlarda “Masallı” filialımız genişlənərək daha çox çeşiddə məhsullarla yenidən müştərilərin xidmətində olacaqdır.
“KredAqro” BOKT MMC bu il 22 illik fəaliyyətini qeyd edib. Həm baş ofis, həm filiallarda kiçik təbdirlər təşkil olunmuş, hər gün olduğu kimi bu gün də əməkdaşlar təşkilatın inkişafı və daha uzunömürlü fəaliyyəti üçün həmrəyliklərini nümayiş etdiriblər. Qeyd edək ki, “KredAqro” BOKT 2000-ci ildə Azərbaycanda…