“KredAqro” BOKT ailəsi olaraq, vətən uğrunda canlarını sipər edərək həlak olmuş şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı diləklərimizi yetirir, yaralıların tezliklə şəfa tapacağına ümid edirik.
Təşkilat olaraq ailəsində şəhid olan müştərilərə dəstək məqsədi ilə mövcud borcların tam və ya qismən bağışlanması, o cümlədən, digər əhəmiyyətli güzəştlər tətbiq olunmaqdadır.
Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ailələrinə səbir versin.