Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 02 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə “Alternativ maliyyə və islam bankçılığı mühitinin Azərbaycan Respublikasında inkişafı perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransında təşkilatımızı Risklərin İdarəedilməsi departamentinin Rəhbəri Anar Əkbərov təmsil etmişdir. Sözügedən konfransın keçirilməsində əsas məqsəd alternativ maliyyə alətləri imkanları sahəsində müzakirələrin aparılması, o cümlədən vençur kapitalı,“fin-tex” yerli maliyyə institutlarının üstünlük verdiyi investisiya üslubları və islam bankçılığı haqqında məlumat mübadiləsinin aparılması olmuşdur.