• Şəxsi kabinet
  • Onlayn kredit
  • Kredit ödənişi
  • Digər məhsullar
  • Təşkilat haqqında
  • Sənədlər
  • Sual-Cavab
Şəxsi kabinet
Təşkilat haqqında

Haqqımızda

“KredAqro” BOKT

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2000-ci ildə təsis edilmişdir və yarandığı gündən etibarən davamlı olaraq ölkənin əksər regionlarında kiçik və orta sahibkarlıq subyektlərinə, o cümlədən, ailə və ev təsərrüfatlarına maliyyə xidmətləri göstərməkdədir. Ümumi olaraq, təşkilatın fəaliyyət göstərdiyi 25 ilə yaxın müddət ərzində ölkədə mövcud olan iqtisadi aktivlik səviyyəsindən asılı olaraq müxtəlif dövrlərdə filial şəbəkəsinə, aktivlərinə və kredit portfelinin həcminə görə bank olmayan kredit təşkilatları arasında ilk 3-lükdə yer almışdır.

Ən yüksək səviyyədə müştəri məmnuniyyətini qazanmağa imkan verən, zamanın tələblərinə uyğun və innovativ məhsul və xidmətlər təqdim edərək müştərilərin maliyyə ehtiyaclarını ödəmək - hədəfimizdir.
Hesabatlıq
Sizin şəxsi kabinetiniz KredAqro tətbiqində
Biz həmişə yanınızdayıq!
Telefonunuzun kamerasını QR‑koda yönəldin və tətbiqi yükləyin
Telefonunuzun kamerasını QR‑koda yönəldin və tətbiqi yükləyin

Təşkilat tarixi

2024
2024
Təşkilat məhsul çeşidini genişləndirməyə davam edir və mobil tətbiqdə mobil kreditlərin verilməsini işə salır.
2023
2023
İlin yekunlarına əsasən, «KredAqro» Bank Olmayan Kredit Təşkilatı əsas maliyyə göstəricilərinin artım dinamikasını qoruyub saxlamış və bazardakı mövqeyini möhkəmləndirmişdir. Həmçinin bu il təşkilat “Azfinans Investment Company”nin vasitəçiliyi ilə uğurla istiqrazlar buraxmış və yerləşdirmiş, eləcə də “Kapital Bank” və “PASHA Bank” kimi nüfuzlu maliyyə institutları ilə maliyyə əməkdaşlığını uğurla qurmuşdur.
2022
2022
Təşkilatımız bölgələrdə öz əhatə dairəsini genişləndirərək daha üç yeni filialını açmışdır. Kredit məhsulları və kredit kriteriyaları təkmilləşdirilərək daha münasib və əlverişli şərtlərlə kredit verilişi təmin olunmuşdur. İl ərzində kredit portfeli artmış, problemli kreditlərin həcmi beynəlxalq standartlara uyğun formada idarə edilmişdir. Həmçinin, investisiya cəlbində “KredAqro” BOKT MMC-yə dəstək olan AzFinans İnvestisiya Şirkəti ilə uğurlu əməkdaşlıq münasibətləri qurulmuş və 1 mln. manat həcmində istiqraz buraxılışı qaydasında maliyyə resursu cəlb olunmaqla aktiv kredit portfelinin artımına nail olunmuşdur.
2021
2021
Təşkilat 2022–2024-cü illər üçün üçillik strateji inkişaf planı hazırlamış və onun icrasına uğurla başlamışdır.
2015
2015
2015-ci ildən sonra əksər xarici maliyyə institutlarının yerli təşkilatlarla əməkdaşlığı azaldı və o vaxtdan etibarən təşkilat əsasən öz vəsaiti və qismən yerli investisiya bazarından cəlb olunmuş vəsait hesabına fəaliyyətini davam etdirdi.
2000 –2015
2000 –2015
«KredAqro» BOKT MMC 2000-ci ildə təsis edilmişdir. O vaxtdan etibarən təşkilat ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir. Təşkilat 25 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında top 3-lükdə yer almışdır. Təşkilat öz müştərilərinə kiçik biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq və lombard kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi hər zaman Təşkilatın əsas məqsədlərindən biri olmuşdur.

Kreditlər 18–70 yaş arası Azərbaycan Respublikası vətəndaşlarına təqdim olunur.

Kreditin şərtləri fərdi qiymətləndirmə əsasında formalaşdırılır. Müraciət üçün "KredAqro" mobil tətbiqini yükləyin və təlimatlara uyğun qeydiyyatdan keçin.

“KredAqro” BOKT MMC — fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 16 dekabr 2022-ci il tarixində verilmiş 119-GB saylı lisenziya əsasında tənzimlənir. Hüquqi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/6B, “Badamar Plaza” Biznes Mərkəzi, 1-ci mərtəbə.

Azərbaycan Mərkəzi Bankının qaynar xətt nömrəsi – 996

Apple və App Store Apple Inc.-in ticarət nişanlarıdır. Google Play və Google Play loqosu Google LLC-nin ticarət nişanlarıdır.