“KredAqro” BOKT MMC müştərilərin istəklərini nəzərə alaraq xidmət və məhsullarının çeşidini artırmaqda və mövcud məhsulların inkişafını təmin etməkdə davam edir. Belə ki, “KredAqro” BOKT MMC günümüzün tələblərini nəzərə alaraq, rəqəmsal mühitə uyğunlaşmaq, müştərilərinin rahatlığını təmin etmək, filiallara gəlmədən daha çox əməliyyatların icrasını sürətli və rahat şəkildə həyata keçirmək üçün təşkilatın xidmətlərini özündə əks etdirən mobil tətbiqini istifadəyə verib.  Bununla da müştərilər istənilən vaxt, istənilən yerdən tətbiqdə qeydiyyatdan keçərək onlar üçün nəzərdə tutulan xidmət və məhsullara rahat giriş əldə edəcəklər.

KredAqro Mobile – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (“Təşkilat”) müştəriləri və kredit əldə etmək istəyən digər vətəndaşlar üçün hazırlanmış mobil tətbiqdir. Tətbiq vasitəsi ilə müştərilər öz kreditləri barədə ətraflı məlumat əldə etmək, online ödəniş etmək və kredit əldə etmək üçün müraciət edə bilərlər. Tətbiqin məqsədi müştərilərə göstərilən xidmətin keyfiyyətinin, operativliyin, o cümlədən müştəri məmnuniyyətinin artırılmasıdır.

Mobil tətbiqdə qeydiyyat keçmə qaydası:

Təşkilatın aktiv müştərisi üçün – şəxsiyyət vəsiqənizin FİN-i (7 simvoldan ibarət fərdi identifikasiya nömrəsi) və mobil nömrəniz daxil edilir, mobil telefonunuza SMS şifrə göndərilir, göndərilmiş SMS şifrə mobil tətbiqə daxil edilir, tətbiqə giriş şifrəsi təyin edirsiniz (kənar şəxslərin daxil olmaması üçün) və siz artıq qeydiyyat keçmiş hesab edilirsiniz. Qeydiyyat keçdikdən sonra tətbiqin ilk səhifəsində aşağıdakı məlumatlar əks olunur:

– Aktiv kreditlər

– Bağlı kreditlər

– Kreditin məbləği

– Kreditlərin verilmə və bitmə tarixi

– Kreditin növü

– Kredit üzrə gecikmə günləri

– Kredit ödənişləri və cədvəli

– Online kredit müraciəti

 

Qeyd: Qeydiyyat zamanı istifadə etdiyiniz mobil nömrə kredit əldə etdiyiniz zaman tərəfinizdən təqdim edilmiş və kredit müqaviləsində qeyd olunmuş mobil nömrədən hər-hansı səbəbdən fərqli olarsa qeydiyyat uğursuz olacaqdır. Mobil nömrənizin yenilənməsi məqsədi ilə Təşkilatın Baş Ofisinə və ya kredit əldə etdiyiniz filialına müraciət etməyiniz zəruridir.

Digər vətəndaşlar üçün – şəxsiyyət vəsiqənizin FİN-i (7 simvoldan ibarət fərdi identifikasiya nömrəsi) və mobil nömrəniz daxil edilir, mobil telefonunuza SMS şifrə göndərilir, göndərilmiş SMS şifrə mobil tətbiqə daxil edilir, tətbiqə giriş şifrəsi təyin edirsiniz (kənar şəxslərin daxil olmaması üçün) və siz artıq qeydiyyatdan keçmiş hesab edilirsiniz.

Təşkilat 2000-ci ildə təsis edilmiş və Azərbaycan Respublikasının regionlarında səmərəli şərtlərlə müştərilərin kredit ehtiyaclarını qarşılamaq istiqamətində fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi Azərbaycan Respublikasının vətəndaşlarına şəffaf, səmərəli, operativ və keyfiyyətli maliyyə dəstəyi göstərməkdir.

KredAqro Mobile tətbiqinə keçid etmək üçün linklər

KredAqro Mobile tətbiqindən istifadə etdiyiniz üçün təşəkkür edirik.

24.01.2024