Filiallar üzrə satışın artırılması istiqamətində əlavə həvəsləndirici tədbir kimi həyata keçirilən “Ayın Əməkdaşları” mükafatlandırma planına əsasən 2022-ci il üzrə seçimlər yekunlaşmış və nəticələrə əsasən ən çox “Ayın Əməkdaşı” adını alanlar nəzərdə tutulduğu üzrə “İlin Əməkdaşları” kimi müəyyən edilmişdir. Hər bir əməkdaşa öz təşəkkürümüzü bildirir və uğurlarının davamını diləyirik!