• Onlayn kredit
  • Tez kredit
  • Tecili kredit
  • Borc pul
  • Biznes krediti
  • Kredit kalkulyatoru
  • KredAqro mobil tətbiqi
  • Kredit ödənişi
  • Banksız kredit
  • Şikayət et

KredAqro ilə
karyeranızı qurun

Etibarlı gələcək, sabitlik və inkişaf imkanları
“KredAqro”da biz əməkdaşların inkişafı və peşəkar yüksəlişi üçün rahat və dəstəkləyici iş mühiti yaradırıq. Komandamızda hər bir əməkdaşın peşəkarlığı və fikri dəyərlidir. Əgər maliyyə sektorunda inkişaf etmək istəyirsinizsə – CV-nizi bizə göndərin, müraciətinizə mütləq baxacağıq!
CV göndər

Vakansiyalar

Problemli Kreditlərin Hüquqi İdarə Edilməsi Departamentinin Rəhbəri

Təşkilati-idarəetmə bloku
  • Bölməyə rəhbərlik: Şöbənin əməkdaşlarının (hüquqşünaslar, pretenziya işi üzrə mütəxəssislər, kargüzarlar) fəaliyyətinin təşkili, əlaqələndirilməsi və nəzarətdə saxlanılması.
  • Tabe olan bölmənin işçi heyətinin seçilməsi və komplektləşdirilməsi.
  • Strateji planlaşdırma: Problemli borcların məhkəməyə qədər və məhkəmə mərhələlərində effektiv tutulması strategiyasının hazırlanması və tətbiqi.
  • Proseslərin optimallaşdırılması: Biznes proseslərinin davamlı təkmilləşdirilməsi və rutin əməliyyatların (reyestrlərin yüklənməsi, sənəd şablonlarının hazırlanması) avtomatlaşdırılması yolu ilə borcların tutulma müddətinin (Time-to-Recovery) azaldılması.
  • İş yükünün bölüşdürülməsi: Borc portfelinin işlərin mürəkkəbliyi, əməkdaşların səriştəsi və ərazi üzrə məhkəmə aidiyyəti nəzərə alınmaqla əməkdaşlar arasında bölüşdürülməsi.
  • Hesabatlılıq: Portfelin vəziyyəti, pul vəsaitlərinin daxilolma proqnozları (Cash Flow) və şöbənin fəaliyyətinin effektivliyi barədə rəhbərliyə həftəlik və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
Notariusun icra qeydi vasitəsilə borcların tutulması bloku
  • Prosesin təşkili: Notariusun icra qeydinin aparılması üçün sənəd paketlərinin və ərizələrin hazırlanmasına nəzarət
  • Logistika və kommunikasiya: Notariat kontorları ilə işgüzar münasibətlərin qurulması və davam etdirilməsi, o cümlədən elektron sənəd dövriyyəsinin təşkili.
  • Qanunauyğunluğa nəzarət: Borc məbləğlərinin hesablanmasının düzgünlüyünün, borclunun məlumatlandırılması prosedurunun qanunvericiliyin tələblərinə uyğunluğunun və müəyyən edilmiş müddətlərə riayət edilməsinin yoxlanılması.
  • İcraya yönləndirmə: Notarius tərəfindən təsdiq edilmiş icra qeydlərinin borcun tutulması üçün operativ şəkildə icraya təqdim edilməsinə nəzarət.
Məhkəmə yolu ilə borcların tutulması bloku
  • İddia işlərinə nəzarət: İddia ərizələrinin, məhkəmə əmri çıxarılması barədə ərizələrin, borc hesablamalarının, dövlət rüsumunun və sənəd paketlərinin hazırlanmasına və məhkəmələrə təqdim edilməsinə nəzarət.
  • Məhkəmədə təmsilçilik: Əməkdaşların məhkəmə iclaslarında iştirakının təşkili.
  • Cavabların, etirazların və vəsatətlərin hazırlanmasının keyfiyyətinə nəzarət.
  • Mürəkkəb və ya əsas məhkəmə proseslərində şəxsən iştirak.
  • İcra icraatı: İcra sənədlərinin vaxtında icraya təqdim edilməsinə və icra orqanları ilə qarşılıqlı əlaqəyə nəzarət.
İnzibati-hüquqi blok
  • Qanunvericiliyin monitorinqi: Məsuliyyət sahəsinə aid istiqamətlər üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi.
  • Metodologiya: Daxili qaydaların, təlimatların və sənəd şablonlarının hazırlanması.
  • Personalın təlimi: Təlimlərin və iclasların keçirilməsi, mürəkkəb işlərin təhlili və əməkdaşların yeni iş metodları üzrə təlimləndirilməsi.
  • Xarici podratçılarla iş: Xarici hüquq şirkətlərinin və cəlb edildiyi halda kollektor agentliklərinin (autsorsinq) fəaliyyətinin effektivliyinə nəzarət və qiymətləndirmə.
Pretenziya-analitik blok
  • Portfelin təhlili: Borcluların borcun tutulması perspektivlərinə görə seqmentləşdirilməsi.
  • Alətin seçilməsi: Hər bir iş üzrə optimal hüquqi alətin müəyyən edilməsi — notariusun icra qeydi və ya məhkəməyə müraciət.
  • Kontragentlərin yoxlanılması: Borcluların əmlak vəziyyətinin yoxlanılması prosesinin təşkili, borcun tutulmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və məlumatların yoxlanılması üçün əlavə mənbələrdən istifadə.
  • Digər şöbələrlə əməkdaşlıq: Borcun yaranma səbəblərinin müəyyənləşdirilməsi və ilkin sənədlərin təqdim edilməsi məsələləri üzrə satış, təhlükəsizlik və mühasibatlıq şöbələri ilə işin əlaqələndirilməsi.
KPI
  • Collection Rate göstəricisinin yerinə yetirilməsi.
  • Borcun tutulma müddətinin optimallaşdırılması.
  • Cost of Collection göstəricisinin idarə edilməsi.
  • Success Rate göstəricisinin yerinə yetirilməsi.
  • NPL göstəricilərinin idarə edilməsi və plan hədəflərinin icrası.
Tələblər
  • Ali hüquq təhsili.
  • Hüquq şöbəsinə və ya borcların tutulması üzrə qrupa rəhbərlik sahəsində ən azı 3 il iş təcrübəsi (bank sektorunda, lizinq şirkətlərində və ya BOKT-larda; debitor borcları ilə iş üzrə şöbəyə rəhbərlik təcrübəsi).
  • Prosessual hüquq və notariat qanunvericiliyi üzrə dərin biliklər.
  • Qərarların icrasını həyata keçirən dövlət orqanları, məhkəmə orqanları və notariatla uğurlu qarşılıqlı əlaqə təcrübəsi.
  • Danışıqlar aparmaq bacarığı.
  • Rus dilini bilmək.
İş şəraiti
  • İş yeri: Bakı şəhəri.
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə).
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Problemli Kreditlərin Hüquqi İdarə Edilməsi Departamentinin Rəhbəri) qeyd edilməsi xahiş olunur.

İRisklərin İdarə Edilməsi Departamentinin Rəhbəri

Vəzifə öhdəlikləri:
  • Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.
  • Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.
  • Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.
  • Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.
  • Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.
  • Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.
  • Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi.
ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:
  • ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.
  • Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.
  • Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.
  • Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.
Tələblər:
  • Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).
  • Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.
  • Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.
  • Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.
  • FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.
  • Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.
  • Rus dili biliyi — mütləq tələbdir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Risklərin İdarə Edilməsi Departamentinin Rəhbəri) qeyd edilməsi xahiş olunur.

Qrup Rəhbəri (Problemli Kreditlər üzrə)

Vəzifə və öhdəliklər:
  • Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
  • KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
  • İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
  • Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
  • Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.
Tələblər:
  • Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi.
  • Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması.
  • İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq.
  • Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
  • Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı.
  • Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək.
  • Rus dilini mükəmməl bilməsi vacibdir.
Şəxsi keyfiyyətlər:
  • Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan.
  • Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən.
  • Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir.
  • Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən.
  • Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran.
Biz təklif edirik:
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Rəqabətqabiliyyətli əməkhaqqı.
  • Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı.
İş şəraiti:
  • İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00).
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə.
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Qrup Rəhbəri/ Problemli Kreditlər üzrə) qeyd edilməsi xahiş olunur.

Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru

Əsas vəzifə və öhdəliklər:
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi.
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi.
  • Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək.
  • Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
  • Ali təhsil.
  • Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi.
  • Yaxşı səviyyədə Excel bilikləri.
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş qrafiki:
  • 2/2 növbəli sistem (09:00-21:00).
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru) qeyd edilməsi xahiş olunur.

Məlumat Mərkəzi Rəhbəri

Vəzifə və öhdəliklər:
  • Məlumat mərkəzinin sıfırdan qurulması: proseslər, komanda, texnologiyalar.
  • Operatorlar, supervayzerlər və QA üzrə komandaların seçimi, təlimi və inkişafı.
  • SLA, CSAT, FCR, AHT və digər əsas göstəricilərin idarə olunması.
  • Xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə sistemi qurmaq.
  • WFM (işçi qüvvəsinin idarə edilməsi) proseslərinin planlaşdırılması və nəzarəti.
  • Məlumat mərkəzi sistemlərinin IT və biznes prosesləri ilə inteqrasiyası.
  • Təhlükəsizlik, KYC, AML və məlumatların qorunması standartlarına riayət olunmasını təmin etmək.
Tələblər:
  • Məlumat mərkəzinin və ya müştəri xidmətlərinin idarə edilməsində ən az 3 il təcrübə (fintech, bank və ya e-commerce sahəsində).
  • Sıfırdan Məlumat mərkəzi qurmaq təcrübəsi.
  • KYC, AML və məlumat təhlükəsizliyi prinsiplərini bilmək.
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı.
  • Analitik düşüncə, liderlik və sistemli idarəetmə bacarığı.
Üstünlük verilir:
  • Çat-bot və səsli IVR sistemlərinin tətbiq təcrübəsi olanlara.
  • Kredit və maliyyə sektorunda daxili məlumat mərkəzi qurmuş şəxslərə.
  • Məlumatların qorunması üzrə yerli normativ tələbləri bilən mütəxəssislərə.
Biz təklif edirik:
  • Sıfırdan müasir məlumat mərkəzi qurmaq imkanı.
  • Müştəriyönümlü və texnologiyaya açıq peşəkar komanda.
  • Rəhbərliyin dəstəyi və müasir iş alətləri.
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi.
İş şəraiti:
  • İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat - 2/2 növbəli sistemə keçid mümkün ola bilər).
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə.
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Məlumat Mərkəzi Rəhbəri) qeyd edilməsi xahiş olunur.

Məlumat Mərkəzi üzrə Operator

Əsas vəzifələr
  • Gələn zəngləri qəbul etmək, çıxış zənglərini həyata keçirmək (konsultasiyalar, məlumat dəqiqləşdirmə, geribildirim).
  • Müştərilərlə chat və e-mail vasitəsilə ünsiyyət qurmaq.
  • Şirkət məhsulları və xidmətləri barədə müştərilərə məsləhət vermək.
  • Müraciətləri CRM sistemində qeyd etmək.
  • Çətin sorğuları müvafiq şöbələrə yönəltmək.
  • Müştəri xidməti standartlarına və daxili SLA-lara riayət etmək.
Tələblər
  • Düzgün nitq (şifahi və yazılı).
  • Məlumat mərkəzi, müştəri xidməti və ya satış sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil.
  • Kompüter bacarığı və onlayn ünsiyyətlə işləmək bacarığı.
  • Dinləmə bacarığı, səbirli olmaq, müştərilərə və komandaya müsbət münasibət.
Təklif edirik
  • Sabit əməkhaqqı + keyfiyyət və effektivlik üçün bonus.
  • Təlim, mentor dəstəyi.
  • Müasir alətlər və aydın iş prosesləri.
İş qrafiki:
  • 2 növbəli 09:00 - 21:00 / 21:00 – 09:00 (2 gün iş, 2 gün istirahət günü).
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Məlumat Mərkəzi üzrə Operator) qeyd edilməsi xahiş olunur.

Təlim Meneceri

Vəzifə öhdəlikləri
Təlim Proqramlarının Hazırlanması və İdarə Edilməsi
  • Müştəri Dəstəyi Departamentinin ehtiyaclarına uyğun soft və hard bacarıqlar üzrə təlim proqramlarının hazırlanması və tətbiqi.
  • Müştəri xidməti, şikayətlərin idarə edilməsi və digər kritik mövzular üzrə tədris materiallarının hazırlanması.
  • Yeni işçilərin adaptasiyası üçün onboarding proqramlarının yaradılması və idarə edilməsi.
  • Strukturlaşdırılmış və daim yenilənən məlumat bazasının (knowledge base) yaradılması və idarə edilməsi.
Soft və Hard Skills Təlimlərinin Keçirilməsi
  • Soft skills (yumşaq bacarıqlar) təlimləri: Ünsiyyət və dinləmə bacarıqları, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyəti, stres və münaqişə idarəetməsi, kritik düşüncə və problem həll etmə bacarıqları, komanda işi və liderlik bacarıqları.
  • Hard skills (texniki bacarıqlar) təlimləri: Şirkətin sistem və proqramları üzrə texniki təlimlər, şirkətin daxili məhsul və prosesləri üzrə təlimlər, yeni sistem və funksionallıqlar üzrə adaptasiya təlimlərinin təşkili.
Təlimlərin Effektivliyinin Ölçülməsi və İzlənməsi
  • Təlimlərin effektivliyini qiymətləndirmək üçün sorğular, testlər və digər ölçmə alətləri vasitəsilə geri dönüşlərin toplanması.
  • Əməkdaşların performans göstəricilərinin (KPI-lar: CSAT, AHT, FCR, keyfiyyət skorları və s.) izlənməsi və təhlili.
  • Təlimlərin biznes nəticələrinə təsirinin analiz edilməsi və müvafiq hesabatların hazırlanması.
Təlim Materiallarının İnkişafı və Rəqəmsallaşdırılması
  • Təlim proseslərinin müasir və innovativ yanaşmalar əsasında optimallaşdırılması.
  • Video dərslər, interaktiv təqdimatlar və onlayn təlim modullarının hazırlanması.
  • Təlim kontentinin davamlı olaraq yenilənməsi və təkmilləşdirilməsi.
Təhsil və iş təcrübəsi:
  • Ali təhsil.
  • Ən azı 2–4 il Müştəri Xidmətləri sahəsində təlim və inkişaf üzrə iş təcrübəsi.
  • Təlim proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində təcrübə.
Şəxsi keyfiyyətlər və bacarıqlar:
  • Güclü pedaqoji bacarıqlar və mentorluq qabiliyyəti.
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarıqları.
  • Analitik düşüncə və problem həll etmə bacarığı.
  • Müasir təlim metodologiyaları və yetkinlik əsaslı inkişaf alətləri haqqında biliklər.
  • Müxtəlif səviyyəli əməkdaşlarla effektiv ünsiyyət qurmaq və motivasiya etmək bacarığı.
  • Çevik və adaptiv yanaşma, dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti.
Dil bilikləri:
  • Azərbaycan dili – mükəmməl səviyyədə.
  • Rus dili – əla.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Təlim Meneceri) qeyd edilməsi xahiş olunur.

Keyfiyyət Meneceri

Vəzifə təsviri:
Müştəri Xidmətləri üzrə Keyfiyyətə Nəzarət Meneceri müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin edən keyfiyyət proseslərinə rəhbərlik edir.
Vəzifə öhdəlikləri:
  • Müştəri kommunikasiyalarının yüksək standartlara uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi.
  • Keyfiyyət məqsədlərinin və performans göstəricilərinin (benchmark) müəyyən edilməsi.
  • Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsinin aparılması və konstruktiv rəy verilməsi.
  • Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqi və qiymətləndirilməsi.
  • Keyfiyyət üzrə məlumatların və hesabatların təhlili, trendlərin və inkişaf sahələrinin müəyyən edilməsi.
  • Təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və digər departamentlərlə əməkdaşlıq çərçivəsində korrektiv tədbirlərin həyata keçirilməsi.
  • Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq.
  • Şirkətin digər bölmələri ilə sıx əməkdaşlıq edərək vahid keyfiyyət yanaşmasının tətbiqi.
  • Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və davamlı inkişaf təşəbbüslərində iştirak.
Tələblər:
  • Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyət və ya rəhbər vəzifədə təcrübə.
  • Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə inkişaf etmiş analitik bacarıqlar.
  • Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı.
  • Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə.
  • Problemlərin həlli və qərarvermə bacarıqları.
  • Detallara yüksək diqqət və keyfiyyət standartlarına riayət.
  • Yüksək etik standartlar və dürüstlük.
  • Strateji düşünmə və keyfiyyət təşəbbüslərini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı.
  • Dəyişən biznes tələblərinə uyğunlaşma çevikliyi.
Dil bilikləri:
  • Azərbaycan dili – mükəmməl səviyyədə.
  • Rus dili – yaxşı səviyyədə.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına - [email protected] - göndərmələri xahiş olunur. Mövzu hissəsində vəzifənin adının (Təlim Meneceri) qeyd edilməsi xahiş olunur.
Biz kimik
Bank olmayan kredit təşkilatı “KredAqro” 2000-ci ildən etibarən Azərbaycanda maliyyə xidmətləri təqdim edir, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyir, həmçinin fərdi müştərilərə maliyyə həlləri təklif edir.
“KredAqro” müştərilər üçün maliyyə xidmətlərini daha rahat və əlçatan etmək məqsədilə rəqəmsal kanalların inkişafına xüsusi önəm verir.
Şirkətin missiyası
Məqsədimiz müştərilər üçün kredit əldə etmə prosesini sadə və rahat etmək, onların maliyyə ehtiyaclarını maksimum səviyyədə qarşılamaqdır.

Bizimlə işləməyin üstünlükləri

Stabillik və etibarlılıq
Maliyyə bazarında 25 ildən artıq uğurlu fəaliyyət təcrübəsi
Karyera inkişafı imkanları
Əməkdaşlarımızın inkişafını dəstəkləyir, yeni bilik və bacarıqlar əldə etmələrinə kömək edirik
Layihə və nəticəyə əsaslanan rəqabətqabiliyyətli əməkhaqqı
Rəqabətədavamlı əməkhaqqı və şəffaf bonus sistemi
Rəsmi məşğulluq
Sosial təminatlar və əmək qanunvericiliyinə tam uyğunluq
Diqqətinizə çatdırırıq ki, KredAqro işə qəbul və vakansiya üzrə müraciətlərə baxılması üçün heç bir ödəniş tələb etmir. Əgər internetdə və ya sosial şəbəkələrdə şirkət adından sizdən pul tələb olunarsa, xahiş edirik, ödəniş etməyin və bizimlə əlaqə saxlayın. CV-nizi bizə göndərin, vakansiya üzrə tələblərə uyğun olduğunuz halda sizinlə əlaqə saxlanılacaq.