Pulunuzu qoruyun

Şəxsi və bank məlumatlarınızı paylaşmayın
Əgər sizə zəng edir, mesencerlərdə və ya sosial şəbəkələrdə yazır və kart məlumatlarınızı deməyi, yaxud etmədiyiniz əməliyyatı, məsələn ödənişi, kredit rəsmiləşdirilməsini və ya karta bağlı telefon nömrəsinin dəyişdirilməsini təsdiqləməyi xahiş edirlərsə, dərhal danışığı dayandırın: bunlar dələduzlardır.
Bunları heç kimlə paylaşmayın:
- pasport məlumatlarınızı, və digər sənədlərin məlumatlarını
- kod sözünü
- internet-bank şəxsi kabinetinə və ya KredAqro tətbiqinə giriş üçün login və şifrəni
- SMS-lə göndərilən kodları
- kartın 16 rəqəmli nömrəsini və istifadə müddətini
- PIN-kodu
- CVC/CVV/CVP kodunu (kartın arxa tərəfində göstərilən 3 rəqəmli təhlükəsizlik kodu)
Diqqət! KredAqro əməkdaşları məxfi məlumatlarınızı dəqiqləşdirmək, SMS təsdiq kodunu və ya KredAqro tətbiqinə giriş kodunu istəmək üçün elektron məktub, SMS və ya digər mesajlar göndərmirlər.
Əgər sizə zəng edib özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edir, hansısa dələduzluq sxeminin və ya ağır qanun pozuntusunun iştirakçısı olduğunuzu deyərək sizdən dərhal hər hansı addım atmağınızı tələb edirlərsə, söhbəti dərhal dayandırın. Emosional vəziyyətdə, şok və ya çaşqınlıq içində qərar verməyin və hərəkət etməyin.
Saytları yoxlayın
SMS-də göndərilən keçidlərə daxil olmayın. Şübhəli saytlarda kart məlumatlarınızı daxil etməyin. Saxta saytlar rəsmi saytlara çox bənzəyə bilər, lakin kart məlumatlarını oğurlamaq üçün istifadə olunur. Hər hansı məlumatı daxil etməzdən əvvəl saytın ünvan sətrini yoxlayın. KredAqro-nun saytı: https://kredaqro.com. Bu sayt Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi səhifəsində göstərilib. Həmçinin həmişə yoxlayın ki, sayta qoşularkən təhlükəsiz bağlantı istifadə olunur. Məsələn, səhifənin ünvanı http:// ilə deyil, https:// ilə başlamalıdır.
Diqqət! https://kredaqro.com saytında heç bir məlumat toplanmır. Sayt müştəriləri məlumatlandırmaq, tətbiqi yükləmək və müraciətləri qəbul etmək üçün nəzərdə tutulub. Kart məlumatlarınızı saytda heç vaxt daxil etməyin — krediti rəsmiləşdirmək və ya ödəmək təhlükəsiz şəkildə yalnız KredAqro tətbiqində mümkündür.
Naməlum göndəricilərdən gələn keçidlərə daxil olmayın
Çox vaxt dələduzlar məxfi məlumatları oğurlamaq üçün istifadəçilərin elektron poçtuna göndərilən məktublardan istifadə edirlər. Həmişə göndəricinin e-poçt ünvanını yoxlayın. Göndəricisi sizə məlum olmayan məktubları açmayın, əlavələri yükləməyin və belə məktublardakı keçidlərə daxil olmayın.
Pul göndərməyə tələsməyin
Əgər sizə telefonla, e-poçtla və ya mesaj vasitəsilə müraciət edib təcili pul köçürməyi xahiş edirlərsə, tələsməyin.
Əvvəlcə məlumatı yoxlayın. Dələduzların uydurduğu səbəblər müxtəlif ola bilər: yaxınınızın çətin vəziyyətə düşüb, lotereya udmusunuz və vergi ödəməlisiniz, sizin adınıza kredit götürülüb və borcu bağlamaq lazımdır. Onların məqsədi sizi panikaya salmaq və tez qərar verməyə məcbur etməkdir. Onlar sizə adınızla və ata adınızla da müraciət edə bilərlər. Bu məlumatları tapmaq çətin deyil: biz onları sayt və sosial şəbəkələrdə qeydiyyat zamanı özümüz paylaşırıq.
Yaxınlarınızla əlaqə saxlayın və ya lazım olan quruma özünüz zəng edərək məlumatı yoxlayın.
Diqqət! Əgər sizə KredAqro adından zəng edib böyük məbləğdə kreditin təsdiqlənəcəyini və ya krediti bağlamaq, borcu silmək üçün pulu başqa kart hesabına köçürməyinizi təklif edirlərsə, bunlar dələduzlardır. Krediti yalnız KredAqro tətbiqində ödəmək olar.
TikTok-da, digər sosial şəbəkələrdə və mesencerlərdə kredit rəsmiləşdirməyin və ödəməyin
Əgər sizə TikTok, digər sosial şəbəkələr və ya mesencerlər vasitəsilə kredit rəsmiləşdirməyi, təkrar kreditin məbləğini artırmağı və ya borcu bağlamağı təklif edirlərsə, bunlar dələduzlardır. Banklar və kredit təşkilatları müştərilərlə yalnız rəsmi kanallar vasitəsilə işləyirlər.
KredAqro-nun TikTok-da rəsmi hesabı var: https://www.tiktok.com/@kredaqro.azerbaycan. Bu hesab reklam və müştərilərin məlumatlandırılması üçün istifadə olunur.
Lakin müştəri xidməti və kreditlərin rəsmiləşdirilməsi yalnız https://kredaqro.com saytında göstərilən ofislərdə və KredAqro mobil tətbiqində həyata keçirilir.
KredAqro tətbiqindən təhlükəsiz istifadə üçün tövsiyələr:
- Tətbiqi yalnız etibarlı mənbələrdən — Google Play və ya App Store-dan yükləyin və quraşdırın. Həmçinin https://kredaqro.com saytındakı QR-kod və ya keçid vasitəsilə də tətbiqi yükləyə bilərsiniz
- Mobil cihazınızdakı əməliyyat sistemini və istifadə etdiyiniz proqramları vaxtında yeniləyin
- Mobil cihazınıza lisenziyalı antivirus proqramı quraşdırın
- KredAqro mobil tətbiqində şəxsi kabinetə giriş üçün login və şifrəniz kimi məxfi məlumatları mobil cihazınızda saxlamayın
- Cihazı üçüncü şəxslərə verdikdə, məsələn, satdıqda və ya təmirə təhvil verdikdə, məxfi məlumatları cihazdan silin. Məlumatların tam silinməsi üçün cihazın
Əgər dələduzluq halı ilə üzləşmisinizsə
Bu halda mümkün qədər tez KredAqro-nun *0711 nömrəli qaynar xətti ilə əlaqə saxlayın (24/7, zəng operatorunuzun tarifinə uyğun olaraq ödənişlidir).
Əgər dələduzların hərəkətləri KredAqro xidmətləri ilə bağlı deyilsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət edin.