“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2022-ci ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr göstərmiş və bazarda mövqeyini qoruyub saxlamışdır. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC ötən ilin sonunu xalis mənfəətlə başa vurmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 105.14% artıma nail olmuşdur.
2022-ci ilin yekunlarına görə, “KredAqro” BOKT MMC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 17.64%, o cümlədən müştərilərə verilmiş kreditləri 17.59% artmışdır. Bu dövrdə əvvəlki ilin sonu ilə müqaisədə təşkilatın faiz gəlirləri 2 dəfə artmış, həmçinin digər müsbət göstərici olaraq problemli kreditlərin səviyyəsi isə 48% azalmışdır.