Tətbiqdə ərizə ver
Group 336228 (2).svgTətbiqi yüklə
  • Onlayn kredit
  • Tez kredit
  • Tecili kredit
  • Biznes krediti
  • Kredit kalkulyatoru
  • KredAqro mobil tətbiqi
  • Kredit ödənişi
  • Banksız kredit
  • KredAqro kreditləri
  • Şikayət et
Kredit borcunun avtomatik ödənilməsi

Kredit borcunun avtomatik ödənilməsi

Kart hesabınızdan vəsaitin silinməsi icra olunmuşdur?
Yoxsa vəsaitin silinməsi istiqamətində əməliyyat cəhdi qeydə alınmışdır?
check-mark-green.png

Bank bildirişlərində məxaric əməliyyatı a.kredaqro.com*0711 rekviziti ilə əks olunduğu təqdirdə, müvafiq vəsaitin silinməsi “KredAqro” BOKT MMC ilə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin icrasına yönəldilmişdir. Cari əməliyyat müqavilə şərtlərinə əsasən borcun avtomatlaşdırılmış qaydada ödənilməsi çərçivəsində həyata keçirilir.

exclamation-grey.png

Avtomatik borc ödənişi xidmətindən imtina etmək istəyirsinizsə və ya kartınızdan vəsaitin əsassız olaraq silindiyini düşünürsünüzsə, *0711 nömrəsi ilə bizimlə əlaqə saxlayın və ya əks əlaqə forması vasitəsilə müraciət edin. Müraciətin mövzu hissəsində “Kartdan vəsaitin silinməsi” qeyd edin. Məsələnizi operativ şəkildə araşdıracağıq. Müraciətdə mütləq aşağıdakı məlumatları qeyd edin: ad, soyad və ata adı, FİN kodu, telefon nömrəsi, vəsaitin silindiyi kartın ilk 4 və son 4 rəqəmi, silinmə tarixi və dəqiq məbləği. Müraciətinizə daha operativ baxılması üçün bank çıxarışını və ya vəsaitin silinməsini təsdiq edən sənədin fotosunu əlavə edin.

Kredit şərtləri və sənədlərlə tanışlıq

Bu məlumatı KredAqro mobil tətbiqinin şəxsi kabinetində və ya kredaqro.com saytında
"Sənədlər" bölməsində tapa bilərsiniz.

KredAqro tətbiqini yükləmək üçün telefonunuzun
kamerasını QR koda yönəldin
KredAqro tətbiqini yükləmək üçün telefonunuzun
kamerasını QR koda yönəldin

Sual–cavab

Bütün suallar
Vəsaitin avtomatik silinməsi hansı hallarda icra olunur?

Kredit öhdəlikləri üzrə ödənişlərin gecikdirildiyi təqdirdə, “KredAqro” BOKT MMC mövcud müqavilə şərtlərinə əsasən, borcun ödənilməsi məqsədilə müştərinin bank kartından vəsaitin akseptsiz (avtomatik) qaydada silinməsi təşəbbüsü ilə çıxış etmək hüququna malikdir. Əməliyyat icra olunduqdan sonra, kartı emissiya edən bank tərəfindən müştəriyə ödənişin məbləği və təyinatı barədə müvafiq bildiriş təqdim olunur. Bu məlumatlar bankın mobil tətbiqi vasitəsilə və ya SMS məlumatlandırma xidməti ilə müştəriyə çatdırılır.

Borcun məbləğini necə öyrənmək olar?

Cari borc məbləği barədə məlumatı “KredAqro” mobil tətbiqinin “Kreditlərim” bölməsinə keçid edərək əldə edə bilərsiniz.

Vəsaitin tutulması hansı hüquqi əsaslarla həyata keçirilir?

Vəsaitlərin avtomatlaşdırılmış qaydada tutulması tərəflər arasında imzalanmış Kredit Müqaviləsinin (Ümumi və Fərdi şərtlər) müvafiq bəndlərinə əsasən icra olunur. Müqavilə şərtlərinə görə, borcalanın öhdəlikləri üzrə gecikmə yarandığı təqdirdə, Kreditor (“KredAqro” BOKT MMC) borcun ödənilməsi məqsədilə müştəriyə əlavə bildiriş göndərmədən (akseptsiz qaydada) aşağıdakı mənbələrdən vəsait tutmaq hüququna malikdir:
1. Kreditin verilməsi üçün istifadə olunmuş bank kartlarından;
2. Kreditin geri ödənilməsi məqsədilə sistemə tanıdılmış kart hesablarından.

Bu prosedur müqavilə ilə təsbit edilmiş öhdəliklərin vaxtında icrasını təmin etmək və borcun daha da artmasının qarşısını almaq məqsədi daşıyır.

Silinən məbləğ nədən ibarətdir?

Silinən məbləğə cari gecikdirilmiş borc məbləği daxildir. Borcun ödənilməsi kredit tarixçənizə müsbət təsir göstərir. Ödəniş ləğv edildikdə faizlər yenidən hesablanacaq və faiz məbləği arta bilər.

Aktiv kredit müqaviləsi ilə harada tanış olmaq mümkündür?

“KredAqro” BOKT MMC ilə imzalanmış qüvvədə olan kredit müqaviləsi, habelə müqavilənin fərdi və ümumi şərtləri “KredAqro” mobil tətbiqinin “Kreditlərim” bölməsində elektron formada yerləşdirilmişdir. Müştərilər şəxsi kabinet vasitəsilə müvafiq sənədləri elektron qaydada nəzərdən keçirə və ya yükləyə bilərlər.