Tətbiqdə ərizə ver
Group 336228 (2).svgTətbiqi yüklə
  • Onlayn kredit
  • Tez kredit
  • Tecili kredit
  • Borc pul
  • Kredit kalkulyatoru
  • Kredit ödənişi
  • Banksız kredit
  • Kredit məhsulları
  • Şikayət et

KredAqro-ya şikayət və müraciətlər

Bu səhifə KredAqro ilə bağlı şikayət və müraciətlər üçün rəsmi kanaldır. Buradan ödəniş, borc, faiz, gecikmə, xidmət keyfiyyəti, müqavilə, sənədlər və şübhəli əməliyyatlarla bağlı müraciət göndərə bilərsiniz.
Müraciətlər rəsmi qaydada qəbul olunur, qeydiyyata alınır və baxılması üçün uyğun şöbəyə yönləndirilir. Əgər məsələni daha tez həll etmək mümkündürsə, aşağıdakı rəsmi kanalları əvvəlcə yoxlamağınız faydalı ola bilər.

KredAqro-ya nə vaxt mütləq müraciət etməlisiniz

Xidmət üzrə şikayət
Əməkdaşın davranışı, xidmət keyfiyyəti və ya müraciət prosesində narazılığınız varsa, bu mövzu üzrə rəsmi müraciət göndərə bilərsiniz.
Ödəniş və ya borc problemi
Ödəniş keçməyibsə, məbləğ silinibsə, borc yenilənməyibsə və ya hesablamalarla razı deyilsinizsə, müraciət edin.
Borc məbləği ilə razı deyilsiniz
Ödənişlə bağlı yaranmış problemə görə sizə cərimələr hesablanıbsa və borc məbləği ilə razı deyilsinizsə, bizə müraciət göndərin — vəziyyətinizi qısa müddətdə nəzərdən keçirəcəyik.
Şübhəli əməliyyat
Kreditin sizə aid olmadığını düşünürsünüzsə və ya şübhəli hərəkət görmüsünüzsə, bunu rəsmi qaydada bildirin.
Şikayət və ya müraciət göndərməzdən əvvəl
Məsələnin daha operativ həlli üçün *0711 qaynar xətti ilə və ya tətbiqdaxili çat
vasitəsilə bizimlə əlaqə saxlaya, həmçinin aşağıda tez-tez verilən suallara baxa bilərsiniz.
Telefonunuzun kamerasını QR‑koda yönəldin və tətbiqi yükləyin
Telefonunuzun kamerasını QR‑koda yönəldin və tətbiqi yükləyin
Müraciətə necə baxırıq
Müraciətinizi aldıqdan sonra mütəxəssislərimiz onu qeydiyyata alacaq və yoxlama aparacaq. Adətən 5 iş günü ərzində cavab veririk, lakin bəzən məsələni araşdırmaq üçün daha çox vaxt tələb oluna bilər. Əlavə məlumat lazım olduqda və ya müraciətə baxılma müddəti uzandıqda sizinlə əlaqə saxlayacağıq.
Hansı mövzular üzrə müraciət edə bilərsiniz
  • Borc/kredit üzrə çıxarış və ya bağlanma barədə arayış sorğusu
  • Sənəd surətlərinin təqdim olunması ilə bağlı sorğu
  • Ümumi suallar
  • Kartdan vəsaitin silinməsi
  • Ödənişlə bağlı çətinliklər
  • Sənəd, qeydiyyat ünvanı və ya digər məlumatda dəyişiklik
  • Dələduzluq

Əlaqə məlumatlarımız

Baş ofisin ünvanı:
Bakı şəhəri, N. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/6B, Badamar Plaza, 1-ci mərtəbə, AZ1075
İş saatları:
08:30–17:30
Qaynar xətt:
*0711
E-poçt:

Tez-tez verilən suallar

Bütün suallar
KredAqro-ya necə şikayət göndərə bilərəm?

KredAqro ilə bağlı şikayət və ya müraciətinizi rəsmi əlaqə kanalları vasitəsilə göndərə bilərsiniz:

  • saytımızdakı əks əlaqə forması vasitəsilə

  • e-poçt vasitəsilə: [email protected]

  • tətbiqdəxilli çat vasitəsilə

  • dəstək xidmətinə *0711 nömrəsi ilə zəng etməklə

Müraciətimə nə qədər müddətdə cavab veriləcək?

Bir qayda olaraq, müraciət məsələnin mürəkkəbliyindən asılı olaraq bir neçə iş günü ərzində nəzərdən keçirilir.

Hansı mövzular üzrə müraciət edə bilərəm?

Aşağıdakı mövzular üzrə müraciət edə bilərsiniz:

  • borc / kreditin üzrə çıxarış və ya bağlanma barədə arayış sorğusu

  • sənədlərin surətinin təqdim olunması

  • ümumi suallar

  • kartdan vəsaitin silinməsi ilə bağlı məsələlər

  • ödənişlə bağlı çətinliklər

  • sənəd, qeydiyyat ünvanı və ya digər məlumatların dəyişiklik

  • dələduzluq

Şübhəli əməliyyat və ya mənə aid olmayan kredit görürəmsə nə etməliyəm?

Əgər sizin adınıza sizin iştirakınız olmadan kredit rəsmiləşdirildiyini müəyyən etmisinizsə:

  • dərhal KredAqro dəstək xidməti ilə əlaqə saxlayın

  • sizə məlum olan bütün məlumatları təqdim edin

  • zəruri hallarda hüquq-mühafizə orqanlarına müraciət edin

  • şirkət müraciətiniz üzrə yoxlama aparacaq

Problemim ödənişlə bağlıdırsa nə etməliyəm?

Əvvəlcə ödəniş məlumatlarını yoxlayın. Məsələ qalırsa, müraciətdə ödənişin tarixi, məbləği və mümkün olduqda təsdiqedici sənədləri qeyd edin.

Borc və ya faiz hesablaması ilə razı deyiləmsə nə etməliyəm?

Müraciətdə hansı hesablamaya etiraz etdiyinizi aydın yazın. Müqavilə nömrəsi, tarix və məbləğ kimi məlumatları əlavə etmək baxılmanı asanlaşdırır.

Rəsmi əlaqə kanalları hansılardır?

KredAqro ilə aşağıdakı rəsmi əlaqə kanalları vasitəsilə əlaqə saxlaya bilərsiniz:

Hansı sənədləri əlavə etmək faydalıdır?

Müraciətin mövzusundan asılı olaraq müqavilə nömrəsi, ödəniş qəbzi, bank çıxarışı, ekran görüntüsü və ya digər təsdiqləyici sənədlər faydalı ola bilər.

Sosial şəbəkələrdən yazmaq olarmı?

Rəsmi müraciət üçün sosial şəbəkələrdən istifadə etmək tövsiyə olunmur. Şirkət bildirir ki, əməkdaşlar sosial şəbəkələr, messencerlər və şəxsi səhifələr vasitəsilə kredit rəsmiləşdirmir və maliyyə xidməti göstərmirlər.