Tətbiqdə ərizə ver
Group 336228 (2).svgTətbiqi yüklə
  • Onlayn kredit
  • Tez kredit
  • Tecili kredit
  • Biznes krediti
  • Kredit kalkulyatoru
  • KredAqro mobil tətbiqi
  • Kredit ödənişi
  • Banksız kredit
  • KredAqro kreditləri
  • Şikayət et

Fərdi sahibkar üçün bank hesabı (IBAN) necə açılır?

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsunuzsa və aktiv VÖEN-iniz varsa, biznesiniz üçün bank hesabını onlayn aça bilərsiniz. Bir çox bank filialına getmədən hesab açmaq imkanı təqdim edir. Bunun üçün seçdiyiniz bankın mobil tətbiqini yükləmək və ya rəsmi saytına daxil olmaq kifayətdir.

Bank hesabı açmaq üçün nə lazımdır?

Müraciətə başlamazdan əvvəl aşağıdakıları hazırlayın:

  • Aktiv VÖEN;
  • Şəxsiyyət vəsiqəsi;
  • İnternetə çıxışı olan mobil telefon;
  • Sənədləri elektron qaydada imzalamaq üçün SİMA İmza tətbiqi.

Seçdiyiniz bankdan asılı olaraq əlavə məlumat və ya sənədlər tələb oluna bilər.

SİMA İmza VÖEN sertifikatını əvvəlcədən əldə edin

Fərdi sahibkar kimi bank hesabı açmaq üçün SİMA İmza VÖEN sertifikatı tələb olunur.

Bu sertifikat fiziki şəxs kimi istifadə etdiyiniz SİMA İmzadan fərqlənir. Buna görə də artıq SİMA İmzanız olsa belə, sahibkarlıq fəaliyyətiniz üçün ayrıca VÖEN sertifikatı əldə etməlisiniz.

Sertifikatı SİMA İmza tətbiqi vasitəsilə onlayn əldə edə bilərsiniz. Bu sertifikat olmadan sahibkarlıq fəaliyyəti üçün bank hesabı açmaq mümkün deyil.

SİMA İmza VÖEN sertifikatını necə əldə etməyi öyrənmək üçün məqalənin sonundakı videoya baxın.

Bank hesabını onlayn necə açmaq və IBAN əldə etmək olar?

Addım 1. SİMA İmza VÖEN sertifikatını əldə edin

İlk növbədə SİMA İmza tətbiqində sahibkarlıq fəaliyyətiniz üçün VÖEN sertifikatı əldə edin. Bu sertifikat fiziki şəxs kimi istifadə etdiyiniz elektron imzadan ayrıdır və bank hesabının açılması zamanı tələb olunur.

Addım 2. Bank seçin

Fərdi sahibkarlar üçün onlayn hesab açmaq imkanı təqdim edən bank seçin. Bankın rəsmi saytına daxil olun və ya mobil tətbiqini yükləyin.

Addım 3. Bank hesabının açılması üçün müraciət edin

Bankın saytında və ya tətbiqində sahibkarlar üçün hesab açılması bölməsini tapın. Tələb olunan şəxsi məlumatları və VÖEN məlumatlarınızı daxil edin.

Addım 4. Şəxsiyyətinizi təsdiqləyin

Bankın təklif etdiyi üsulla şəxsiyyətinizi təsdiqləyin. Bunun üçün ekranda göstərilən təlimatlara əməl edin.

Addım 5. Sənədləri SİMA İmza ilə imzalayın

Hesabın açılması zamanı bank sizə lazımi sənədlərlə tanış olmağı və onları elektron qaydada imzalamağı təklif edəcək. Sənədləri SİMA İmza vasitəsilə imzalayın və ekrandakı təlimatları izləyin.

Addım 6. IBAN məlumatlarınızı əldə edin

Bank müraciətinizi yoxladıqdan və hesabınızı açdıqdan sonra sizə IBAN təqdim edəcək.

IBAN məlumatlarını adətən bankın mobil tətbiqində və ya internet bankçılığında hesab rekvizitləri bölməsində tapa bilərsiniz.

Artıq bank hesabınızdan seçdiyiniz bankın şərtlərinə uyğun olaraq sahibkarlıq fəaliyyətiniz üçün istifadə edə bilərsiniz.

Diqqət: Bank hesabının açılma müddəti və müraciət mərhələlərinin ardıcıllığı seçdiyiniz bankdan asılı olaraq dəyişə bilər.

SİMA İmza VÖEN sertifikatını necə əldə etmək olar?

SİMA İmza VÖEN sertifikatını necə əldə edəcəyinizi bilmirsiniz?

Aşağıdakı videoda sahibkarlıq fəaliyyəti üçün VÖEN sertifikatının SİMA İmza vasitəsilə onlayn alınması izah olunur.

Mənbə: www.youtube.com