Tətbiqdə ərizə ver
Group 336228 (2).svgTətbiqi yüklə
  • Onlayn kredit
  • Tez kredit
  • Tecili kredit
  • Borc pul
  • Kredit kalkulyatoru
  • Kredit ödənişi
  • Banksız kredit
  • Kredit məhsulları
  • Şikayət et

Pulunuzu qoruyun

Dələduzlardan qorunmaq üçün bu təhlükəsizlik qaydalarına əməl edin.

1. Şəxsi və bank məlumatlarınızı paylaşmayın

Əgər sizə zəng edir, mesencerlərdə və ya sosial şəbəkələrdə yazır və kart məlumatlarınızı deməyi, yaxud etmədiyiniz əməliyyatı, məsələn ödənişi, kredit rəsmiləşdirilməsini və ya karta bağlı telefon nömrəsinin dəyişdirilməsini təsdiqləməyi xahiş edirlərsə, dərhal danışığı dayandırın: bunlar dələduzlardır.

Bunları heç kimlə paylaşmayın:

  • pasport məlumatlarınızı, və digər sənədlərin məlumatlarını
  • kod sözünü
  • internet-bank şəxsi kabinetinə və ya KredAqro tətbiqinə giriş üçün login və şifrəni
  • SMS-lə göndərilən kodları
  • kartın 16 rəqəmli nömrəsini və istifadə müddətini
  • PIN-kodu
  • CVC/CVV/CVP kodunu (kartın arxa tərəfində göstərilən 3 rəqəmli təhlükəsizlik kodu)

Diqqət! KredAqro əməkdaşları məxfi məlumatlarınızı dəqiqləşdirmək, SMS təsdiq kodunu və ya KredAqro tətbiqinə giriş kodunu istəmək üçün elektron məktub, SMS və ya digər mesajlar göndərmirlər.

Əgər sizə zəng edib özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edir, hansısa dələduzluq sxeminin və ya ağır qanun pozuntusunun iştirakçısı olduğunuzu deyərək sizdən dərhal hər hansı addım atmağınızı tələb edirlərsə, söhbəti dərhal dayandırın. Emosional vəziyyətdə, şok və ya çaşqınlıq içində qərar verməyin və hərəkət etməyin.

2. Saytları yoxlayın

SMS-də göndərilən keçidlərə daxil olmayın. Şübhəli saytlarda kart məlumatlarınızı daxil etməyin. Saxta saytlar rəsmi saytlara çox bənzəyə bilər, lakin kart məlumatlarını oğurlamaq üçün istifadə olunur.

Hər hansı məlumatı daxil etməzdən əvvəl saytın ünvan sətrini yoxlayın. KredAqro-nun saytı: https://kredaqro.com. Bu sayt Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi səhifəsində göstərilib. Həmçinin həmişə yoxlayın ki, sayta qoşularkən təhlükəsiz bağlantı istifadə olunur. Məsələn, səhifənin ünvanı http:// ilə deyil, https:// ilə başlamalıdır.

Diqqət! https://kredaqro.com saytında heç bir məlumat toplanmır. Sayt müştəriləri məlumatlandırmaq, tətbiqi yükləmək və müraciətləri qəbul etmək üçün nəzərdə tutulub. Kart məlumatlarınızı saytda heç vaxt daxil etməyin — krediti rəsmiləşdirmək və ya ödəmək təhlükəsiz şəkildə yalnız KredAqro tətbiqində mümkündür.

3. Naməlum göndəricilərdən gələn keçidlərə daxil olmayın

Çox vaxt dələduzlar məxfi məlumatları oğurlamaq üçün istifadəçilərin elektron poçtuna göndərilən məktublardan istifadə edirlər. Həmişə göndəricinin e-poçt ünvanını yoxlayın. Göndəricisi sizə məlum olmayan məktubları açmayın, əlavələri yükləməyin və belə məktublardakı keçidlərə daxil olmayın.

4. Pul göndərməyə tələsməyin

Əgər sizə telefonla, e-poçtla və ya mesaj vasitəsilə müraciət edib təcili pul köçürməyi xahiş edirlərsə, tələsməyin. Əvvəlcə məlumatı yoxlayın. Dələduzların uydurduğu səbəblər müxtəlif ola bilər: yaxınınızın çətin vəziyyətə düşüb, lotereya udmusunuz və vergi ödəməlisiniz, sizin adınıza kredit götürülüb və borcu bağlamaq lazımdır. Onların məqsədi sizi panikaya salmaq və tez qərar verməyə məcbur etməkdir. Onlar sizə adınızla və ata adınızla da müraciət edə bilərlər. Bu məlumatları tapmaq çətin deyil: biz onları sayt və sosial şəbəkələrdə qeydiyyat zamanı özümüz paylaşırıq. Yaxınlarınızla əlaqə saxlayın və ya lazım olan quruma özünüz zəng edərək məlumatı yoxlayın.

Diqqət! Əgər sizə KredAqro adından zəng edib böyük məbləğdə kreditin təsdiqlənəcəyini və ya krediti bağlamaq, borcu silmək üçün pulu başqa kart hesabına köçürməyinizi təklif edirlərsə, bunlar dələduzlardır. Krediti yalnız KredAqro tətbiqində ödəmək olar.

5. TikTok-da, digər sosial şəbəkələrdə və mesencerlərdə kredit rəsmiləşdirməyin və ödəməyin

Əgər sizə TikTok, digər sosial şəbəkələr və ya mesencerlər vasitəsilə kredit rəsmiləşdirməyi, təkrar kreditin məbləğini artırmağı və ya borcu bağlamağı təklif edirlərsə, bunlar dələduzlardır. Banklar və kredit təşkilatları müştərilərlə yalnız rəsmi kanallar vasitəsilə işləyirlər.

KredAqro-nun TikTok-da rəsmi hesabı var: https://www.tiktok.com/@kredaqro.com . Bu hesab reklam və müştərilərin məlumatlandırılması üçün istifadə olunur.

Lakin müştəri xidməti və kreditlərin rəsmiləşdirilməsi yalnız https://kredaqro.com saytında göstərilən ofislərdə və KredAqro mobil tətbiqində həyata keçirilir.

Əgər dələduzluq halı ilə üzləşmisinizsə

Bu halda mümkün qədər tez KredAqro-nun *0711 nömrəli qaynar xətti ilə əlaqə saxlayın (24/7, zəng operatorunuzun tarifinə uyğun olaraq ödənişlidir).

Əgər dələduzların hərəkətləri KredAqro xidmətləri ilə bağlı deyilsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət edin.

KredAqro tətbiqindən təhlükəsiz istifadə üçün
tövsiyələr:
  • Tətbiqi yalnız etibarlı mənbələrdən — Google Play və ya App Store-dan yükləyin və quraşdırın.
    Həmçinin https://kredaqro.com saytındakı QR-kod və ya keçid vasitəsilə də tətbiqi yükləyə bilərsiniz.
  • Mobil cihazınızdakı əməliyyat sistemini və istifadə etdiyiniz proqramları vaxtında yeniləyin.
  • Mobil cihazınıza lisenziyalı antivirus proqramı quraşdırın.
  • KredAqro mobil tətbiqində şəxsi kabinetə giriş üçün login və şifrəniz kimi məxfi məlumatları mobil
    cihazınızda saxlamayın.
  • Cihazı üçüncü şəxslərə verdikdə, məsələn, satdıqda və ya təmirə təhvil verdikdə, məxfi məlumatları
    cihazdan silin. Məlumatların tam silinməsi üçün cihazın ilkin parametrlərinə qaytarılması
    funksiyasından istifadə edin.
KredAqro tətbiqini yükləmək üçün telefonunuzun
kamerasını QR koda yönəldin
KredAqro tətbiqini yükləmək üçün telefonunuzun
kamerasını QR koda yönəldin

Tez-tez verilən suallar

Bütün suallar
Mənə zəng edən şəxsin dələduz olduğunu necə başa düşə bilərəm?

KredAqro əməkdaşları heç vaxt telefonla sizdən SMS kodlarını, şifrələri, bank kartı məlumatlarını kimi məxfi məlumatları istəmirlər və kredit rəsmiləşdirməyi və ya borcu silməyi təklif etmirlər. Əgər zəng zamanı sizi tələsdirir, bloklanma ilə qorxudur və ya təcili pul köçürməyi xahiş edirlərsə, bu, dələduzluğun açıq əlamətidir. Belə halda söhbəti mümkün qədər tez bitirin və *0711 nömrəsi ilə KredAqro dəstək xidməti ilə əlaqə saxlayın.

Zəng edən şəxs özünü KredAqro əməkdaşı kimi təqdim etsə belə, hansı məlumatları heç kimə vermək olmaz?

Bu məlumatları heç vaxt üçüncü şəxslərlə paylaşmayın:

  • pasport məlumatları

  • SMS-lə göndərilən təsdiq kodları

  • hesab və tətbiqlərə giriş şifrələri

  • bank kartı məlumatları (nömrə, istifadə müddəti, CVV/CVC, kod sözü)

  • kartın PIN-kodu

  • bank tətbiqlərindən gələn təsdiq kodları

KredAqro əməkdaşı SMS kodunu, şifrəni və ya kart məlumatlarını istəyə bilərmi?

Xeyr. KredAqro əməkdaşları belə məlumatları heç vaxt tələb etmirlər.

Saytın və ya linkin həqiqətən KredAqro-ya aid olduğunu necə yoxlamaq olar?

KredAqro-nun sayt ünvanı https://kredaqro.com-dur. Bu sayt Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi səhifəsində göstərilib və https:// ilə başlayan təhlükəsiz bağlantıdan istifadə edir. KredAqro saytına aid bütün səhifələr kredaqro.com domeninə bağlı olur. Məsələn:

  • https://kredaqro.com/elaqe/

  • https://kredaqro.com/onlayn-kredit/

TikTok, sosial şəbəkələr və mesencerlər vasitəsilə kredit rəsmiləşdirmək və ya ödəmək təhlükəsizdirmi?

Xeyr. Əgər sizinlə TikTok-da, başqa sosial şəbəkədə və ya mesencerdə əlaqə saxlayıb kredit rəsmiləşdirməyi və ya onu ödəməyi təklif edirlərsə, bunlar dələduzlardır. KredAqro-nun TikTok-da rəsmi hesabı var - https://www.tiktok.com/@kredaqro.com . Bu hesab reklam və məlumatlandırma üçün istifadə olunur. Kreditlərin rəsmiləşdirilməsi və ödənilməsi isə yalnız ofislərdə və KredAqro-nun rəsmi tətbiqində həyata keçirilir.

Mesencerdə kredit məbləğini artırmaq və ya borcu bağlamaq təklifi gəlsə, nə etməliyəm?

Keçidlərə daxil olmayın və şəxsi məlumatlarınızı göndərməyin. Dələduzlar aldatmaq üçün çox vaxt mesencerlərdən və sosial şəbəkələrdən istifadə edirlər. Mesajı nəzərə almayın və *0711 nömrəsi ilə KredAqro dəstək xidməti ilə əlaqə saxlayın.

KredAqro mobil tətbiqindən təhlükəsiz necə istifadə etməliyəm?

Hesabınızı qorumaq üçün:

  • tətbiqi yalnız rəsmi tətbiq mağazalarından yükləyin

  • mürəkkəb şifrə və ya biometrik qoruma istifadə edin

  • telefonunuzu və giriş məlumatlarınızı başqalarına verməyin

  • tətbiqi və əməliyyat sistemini mütəmadi olaraq yeniləyin

Əgər artıq dələduzlara məlumat vermişəmsə və ya pul köçürmüşəmsə, nə etməliyəm?

Dərhal xidmət göstərən bankda kartınızı bloklayın, çünki dələduzlar kartınızdakı vəsaiti oğurlaya bilərlər. Əgər dələduzların hərəkətləri KredAqro xidmətləri ilə bağlıdırsa, dərhal *0711 nömrəli qaynar xəttə zəng edin. Əgər bu hərəkətlər bizim xidmətlərlə bağlı deyilsə, hüquq-mühafizə orqanlarına və bankınızın qaynar xəttinə müraciət edin.

Dələduzların hərəkətləri KredAqro xidmətləri ilə bağlıdırsa, hara müraciət etməliyəm?

KredAqro-nun *0711 nömrəli qaynar xətti ilə əlaqə saxlayın (24/7, zəng operatorunuzun tarifinə uyğun olaraq ödənişlidir).

Əgər dələduzlar KredAqro ilə bağlı deyilsə, hara müraciət etməliyəm?

Hüquq-mühafizə orqanlarına və bankınızın qaynar xəttinə müraciət edə bilərsiniz.